ABŞ-dan Türkiyəyə qarşı daha bir qadağa - TRAMP İMZALADI
ABŞ, Türkiyəyə F-35-lərin təhvil verilməsini dayandırdı
ABŞ Prezidenti Donald Tramp, 2019-cu ilin müdafiə xərcləri büdcəsi layihəsini imzalayıb. Trampın imzaladığı layihədə F-35-lərin Türkiyəyə təhvil verilməsinə mane olan bir maddə də yer alır.
"Marja" xəbər verir ki, Türkiyəyə F-35-lərin təhvilinin əngəllənməsinə əsas olaraq keşiş Endryu Brunson da daxil olmaqla bəzi Amerika vətəndaşlarının Türkiyədə məhbus olması və Rusiyadan S400 hava müdafiə sisteminin alınması göstərilir.
ABŞ tərəfi ehtimal edir ki, S400 sistemi NATO sistemi ilə uyğun deyil və F35 layihəsinin detalları Rusların əlinə keçə bilər.
Hətta NATO Müttəfiq Qüvvələr Hava Komandanı Tod Uolters, "Rusiya radardan yayınan bu təyyarələrin necə işlədiyini öyrənə bilər" ifadəsini işlətmişdi.
Türkiyə iddialara qarşı çıxır, xüsusilə S400 alışının ABŞ və ya NATO maraqlarına zidd olmadığını deyir.
QANUN NƏ DEYİR?
Layihənin imzalanmasından sonra 90 gün ərzində ABŞ Müdafiə Nazirliyi Pentaqon, Xarici İşlər Nazirliyi ilə məsləhətləşərək bir hesabat hazırlayacaq. Hesabat, Türkiyə və ABŞ arasında münasibətlərin vəziyyətindən asılı olacaq.
Həmçinin S400 sisteminin alınmasının münasibətlərə təsiri, Türkiyənin F35 layihəsindən tamamilə çıxarılmasının ABŞ-ın müdafiə sənayesinə zərər verib-vermədiyi araşdırılacaq. Həmçinin ABŞ-ın Türkiyədəki diplomatik və hərbi mövcudluğu, xüsusilə də İncirlik Bazasının vəziyyəti qiymətləndiriləcək.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
S400 alışının Türkiyədə Patriot, Chinook sürət vertolyotu, AH-64 hücum vertolyotu, H-60 qara Şahin vertolyotu və F16-ların istifadəsinə təsir edib-etmədiyi qiymətləndiriləcək.
Hesabat Konqresə təqdim olunana qədər F35-lərin Türkiyəyə təhvili dayandırılacaq.
Təhvilin daimi olaraq dayandırılmasına Konqres, hesabatı dəyərləndirdikdən sonra qərar verəcək.
TÜRKİYƏ 25 MİLYARD DOLLARLIQ KAPİTALLA LAYİHƏNİN TƏRƏFDAŞIDIR
F35 döyüş təyyarələri ABŞ-ın "Lockeed Martin" şirkəti tərəfindən istehsal olunur. Türkiyə, beşinci nəsil döyüş təyyarəsi "F35 Lightning II" layihəsinə 2002-də qatılıb. 25 milyard dollar qarşılığında təxminən 120 təyyarə sifariş edib. Bundan başqa, təyyarənin bəzi hissələrinin tədarükçüləri, aralarında ASELSAN-ın da olduğu 10 Türkiyə şirkəti var . Layihənin digər tərəfdaşları arasında Belçika, Kanada, İsrail, İngiltərə, Norveç, Hollandiya, Yaponiya kimi ölkələr yer alır.
İKİ TÜRK PİLOTU F35 TƏHSİLİ ÜÇÜN ARİZONADADIR
Əslində iki F35, 21 İyunda Texasda təşkil olunan bir mərasimlə Türkiyəyə verilib. İki Türk pilot da təyyarələrin istifadəsi üzrə təhsil almaq üçün ABŞ-a gedib. Təyyarələr hələlik yalnız təhsil məqsədilə istifadə edilir, ABŞ-dan çıxarılmır. Təhsil Arizonadakı "Luke" Hərbi Hava Bazasında davam edir. Təqvimə görə, təhvilinin ən tez gələn ilin Noyabrda həyata keçirilməsi gözlənilirdi. İlk partiyada 14 təyyarənin təslim edilməsi, 2022-nin sonunda da sayın 30-a çatması gözlənilirdi.
İNDİ NƏ OLACAQ?
"Lockeed Martin" şirkəti daha əvvəl verdiyi açıqlamada, Pentaqonun hesabatı çıxana və yekun qərar qəbul olunana qədər təhsilə və təhvilə davam ediləcəyini açıqlamışdı. İcraçı direktor Brüs Tanner, ötən ay verdiyi açıqlamada "Hökumət bizə yox deyənə qədər təyyarələri verməyi davam etdirəcəyik" - demişdi. Prezident Ərdoğan isə "Satışın ləğv edilməsi halında beynəlxalq məhkəməyə gedərik" ifadəsini işlətmişdi.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 58 d. əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
5 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
6 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
6 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
























