Azərbaycandakı bankın sahibi analitik proqnozları artıqlaması ilə təmin edib
"Yapı Kredi Bank Azərbaycan"ın sahibi olan İtaliyanın "UniCredit" bankının 2018-ci ilin ikinci rübündə xalis mənfəəti orta analitik proqnozları üstələyib.
"Marja"nın məlumatına gərə, "UniCredit" tərəfindən Çərşənbə axşamı günü verilən məlumata görə, bankın xalis mənfəəti, ilin ikinci rübündə 1 milyard avro təşkil edib və 930.6 milyon avroluq proqnozu üstələyib. "Bloomberg"in sorğusuna qatılmış ekspertlərin proqnozları 830.0 milyon avro ilə 1 milyard avro arasında dəyişirdi.
Bankın ikinci rübdə gəlirləri 4.95 milyard avro səviyyəsində olub və 4.92 milyard avroluq təxmini ödəyib.
Ehtimal olunan kredit itkiləri üçün ayrılan ehtiyatlar eyni dövrdə 504 milyon avro təşkil etməklə 709.4 milyon avroluq proqnozdan aşağı olub.
Bankın xalis faiz gəliri ilin ikinci rübündə 2.68 milyard dollar olub. Proqnozlar 2.64 milyard avro səviyyəsində reallaşacağı istiqamətində idi.
Qeyd edək ki, "UniCredit SpA" dolayı yolla "Yapı Kredi Bank Azərbaycan"ın səhmdarıdır. Belə ki, "Yapı Kredi Bank Azərbaycan", Türkiyənin "Yapı Kredi" bankının törəməsidir. "Yapı Kredi"nin ana səhmdarları "UniCredit" (İtalya) və "Koç Holding"dir (Türkiyə).
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
5 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
5 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
5 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
5 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib


























