Lirə bu il dəyərinin dörddə birindən çoxunu itirib
"Bluebay Asset Management"in strateqi Timothy Ash, Dollar/Türk lirəsi (TL) məzənnəsinin yüksəliməsinin təhlükəli bir hal aldığını bildirib. O, ölkənin iqtisadi komandasının təcili hərəkətə keçməsi lazım olduğu barədə xəbərdarlıq edib.
"Marja" xəbər verir ki, Türkiyənin sentyabr ayında açıqlanacaq Orta Müddətli Planı gözləyə bilməyəcəyini deyən Ash, bazarlardakı son prosesləri "yol qəzasını izləmək kimi" xarakterizə edib.
"TEB Yatırım/BNP Paribas"ın strateqi İşık Ökte, dünən Türk lirəsinin ucuzlaşmasının, ABŞ - Türkiyə ikitərəfli əlaqələrinin pisləşməsindən, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların qüvvəyə minməsindən, Ərdoğanın açıqladığı 100-günlük fəaliyyət planın zəif olmasından və planda dövlət xərclərinin azaldılmasına dair konkret bir irəliləyişin olmamasından qaynaqlandığını söyləyib.
TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA
İki ölkənin (ABŞ və Türkiyə) qarşılıqlı sanksiya açıqlamasından sonra bazarlar da həftəyə gərgin başlayıb. TL təkcə dollara qarşı deyil, digər aparıcı valyutalar qarşısında da ucuzlaşıb. Avro/TL məzənnəsi 4.35 faiz yüksələrək 6.23 lirəyə çıxaraq rekord yeniləyib. Sterlinq/TL 3.4 faiz artımla 6.8448, İsveçrə Frankı 3.1 faiz artımla 5.3071 səviyyəsinə görüb. Dünən Dollar/TL-dəki gündəlik artım 4.5%-ə çatıb və məzənnə 5.42 səviyyəsini test edib. Türk Lirəsi dollar qarşısında 2018-ci ilin əvvəlindən bu yana 36% ucuzlaşıb. Lirə bu il dəyərinin dörddə birindən çoxunu itirib.
ABŞ, Türkiyədə cəsusluqda günahlandırılaraq həbs edilmiş Endryu Bransonun azad edilməsini tələb edir. ABŞ, keşiş Endryu Brunson böhranı səbəbi ilə Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə sanksiya tətbiq edildiyini açıqlamışdı. Sanksiyaya səbəb olaraq "iki nazirin Brunsonun həbs olunmasındakı rolları" göstərilmişdi.
Digər tərəfdən, ABŞ cümə günü Türkiyədə istehsal olunan bəzi məhsulların gömrük vergisi olmadan ABŞ-a idxalına imkan verən GSP proqramında Türkiyənin iştirakını nəzərdən keçirmək qərarı verdiyini açıqlayıb. Buna əsas olaraq Türkiyənin, ABŞ-ın mart ayında idxal polad və alüminiuma tətbiq etdiyi gömrük vergisinə qarşılıq verməsi göstərilib. Qərar,Türkiyədən ABŞ-a 1.66 milyard dollarlıq mal ixracına təsir göstərə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
47 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 58 d. əvvəl
-
58 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN















.jpg)





