Ət və süd istehsalında inhisarçı ölkələr müəyyənləşib
Dünyanın ən böyük 35 ət və süd şirkəti iqlimi təhdid edir
Yeni yayımlanan bir hesabat dünyanın 35 ən iri ət və süd məhsulları şirkətinin emissiyalarını artıracaq və qlobal iqlim dəyişikliyilə mübarizə səylərini ləngidəcək inkişaf strategiyaları tətbiq etdiyini ortaya qoyub.
"Marja" xəbər verir ki, Kənd təsərrüfatı və Ticarət Siyasətləri İnstitutu IATP və GRAIN tərəfindən yayımlanan hesabata görə, dünyanın ən böyük ət və süd məhsulları şirkətləri qarşıdakı bir neçə on il ərzində planetin ən böyük iqlim çirkləndiriciləri ola bilərlər.
Planetimizdə istixana qazı emissiyalarının kəskin bir şəkildə azaldılması lazım olduğu bir dövrdə və bəzilərinin iqlim dəyişikliyi ilə mübarizəyə söz vermiş olmasına baxmayaraq, sözügedən ət və süd məhsulları nəhəngləri istehsalı və idxalı artırmaqla həddindən artıq istehlaka səbəb olurlar.
Yeni tədqiqata görə:
-Dünyanın ən böyük beş ət və süd məhsulları şirkətinin (JBS, Tyson, Cargill, Dairy Farmers of America və Fonterra) ümumi illik istixana qazı emissiyası ExxonMobil, Shell və ya BP-dən daha yüksəkdir.
-Dünyanın ən böyük 20 ət və süd məhsulları şirkətinin ümumi emissiyaları Almaniya, Kanada, Avstraliya və Birləşmiş Krallığın emissiyalarından yüksəkdir.
-Dünyanın ən böyük 35 ət və süd məhsulları şirkətinin çoxu ya emissiyalarını bildirmir, ya da emissiyalarının 80-90%-ni təşkil edən tədarük zənciri emissiyalarını gizlədirlər.
-Dünyanın ən böyük 35 ət və süd məhsulları şirkətinin yalnız yarısı emissiyanı azaltmaq barədə hədəfini açıqlayıb.
-Qlobal ət və süd məhsulları sektoru nəzərdə tutulan sürətlə böyüdüyü təqdirdə, heyvandarlıq sektoru 2050-ci ildə planetin illik istixana qazı büdcəsinin 80%-ini istehlak edə bilər.
Hesabat, ən böyük 35 şirkətin fəaliyyətinin az sayda ölkədə intensiv xarakter aldığını ortaya qoyur.
Bu ölkələrdən Amerika Birləşmiş Ştatları, Avropa Birliyi (AB) ölkələri, Kanada, Braziliya, Argentina, Avstraliya, Yeni Zelandiya və Çin qlobal ət və süd məhsulları istehsalından qaynaqlanan cəmi emissiyaların 60%-ni yaradır.
Dünya mal əti istehsalının 67%-dən çoxu yalnız altı ölkə, dünya donuz əti istehsalın 80%-i üç ölkə (ABŞ, AB və Çin), dünya quş əti istehsalının 61%-i dörd ölkə və dünya süd məhsulları istehsalının az qala yarısı üç ölkə (AB, ABŞ və Yeni Zelandiya) tərəfindən həyata keçirilir.
GRAIN-dan Devlin Kuyek, "Başqa bir variant qalmamışdır. Ən böyük 35 şirkətin hökm sürdüyü ölkə ət və süd məhsulları istehsalını əhəmiyyətli dərəcədə azaldılmalıdırlar. Bu şirkətlər, idxal və emissiyaları artıracaq ticarət müqavilələrini israrla tələb edir, ekoloji kənd təsərrüfatına, fermerlərə, işçilərə və istehlakçılara fayda verəcək iqlimə və onun yaxşılaşdırılması yollarına ziyan vururlar" deyib.
IATP-dən Shefali Sharma isə açıqlamasında "Ucuz ət deyə bir şey yoxdur. On illərdir, ət və süd məhsullarının "seriyalı istehsalı" kiçik və orta fermerlərin istehsal xərclərindən aşağı qazanması, işçilərin var-yoxdan çıxarılması, böyük ət və süd məhsulları şirkətlərinin hava, torpaq və suyu çirkləndirmələri ilə olmuşdur. Artıq meşələr məhv edilir. Həddindən artıq antibiotik istifadəsi insanların sağlamlığına təhlükə yaradır" dedi.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
3 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
4 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
4 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
4 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
Ən çox oxunanlar
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib






















