“AzerGold” QSC fəaliyyətini elektronlaşdırır
“AzerGold” QSC-də “ERP – Enterprise Resource Planning” (Müəssisə Resurslarının Planlaşdırılması) sistemi və Elektron sənəd dövriyyəsi sistemlərinin təqdimatı keçirilib.
Tədbirdə informasiya kommunikasiya texnologiyalarının təminatı şöbəsi qeyd olunan sistemlərin uğurlu tətbiqi ilə Cəmiyyətdə maliyyə, təchizat, insan resursları və anbar təsərrüfatı üzrə mərkəzləşdirilmiş elektron sisteminin yaradıldığını qeyd edərək elektron sənəd dövriyyəsi sisteminin tətbiq olunduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, ERP sistemi müasir texnologiya və proqram təminatının dəstəyi ilə real zaman çərçivəsində əsas biznes proseslərinin kompleks idarəetməsidir. Cəmiyyətdə ERP sisteminin qurulması üçün tətbiq olunan SAP B1 proqram təminatı həm Azərbaycanın aparıcı istehsalçı şirkətləri tərəfindən, həm də inkişaf etmiş ölkələrdə geniş istifadə olunur. Bu müasir və innovativ sistemlərin tətbiqi sənəd dövriyyəsinin sürətləndirilməsi və Cəmiyyətin fəaliyyətinin elektronlaşdırılması ilə yanaşı, şəffaflığın təmin edilməsinə də öz əhəmiyyətli töhfəsini verəcək.
Tədbir çərçivəsində, həmçinin şöbə rəhbərləri hesabatları çıxış etmiş, birinci yarımilliyin nəticələri və qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
8 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
14 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























