"Atəşgah Sığorta" ödənişi gecikdirməsi ilə bağlı şikayətə münasibət bildirib
"Atəşgah Sığorta" ASC ödənişi gecikdirməsi ilə bağlı Bakı şəhər sakini İlqar Hüseynovun şikayətinə münasibət bildirib.
Şirkətdən verilən açıqlamada deyilir: "Şikayətçinin avtomobilinin kasko sığortası başqa sığorta şirkətində olunduğu üçün hadisənin tənzimlənməsi üçün ilk növbədə ora müraciət olunub. Ancaq avtomobilə dəymiş ziyanın məbləği kiçik olduğu və azadolma məbləğini aşmadığı üçün müştəriyə ödəniş edilməyib. Bundan sonra zərərçəkmiş “Atəşgah Sığorta"ya müraciət edərək avtomobilini şirkətin Mətbuat prospektində yerləşən filialına təqdim edib. Ekspertlər avtomobilə baxış keçirib, dəymiş zərəri 280 manat məbləğində qiymətləndirib və müştəriyə təqdim edib. O, buna razılıq verdikdən və qanunvericiliyə uyğun sənədləri təqdim etdikdən sonra müştəriyə bank hesabı açılıb və iş ödənişə göndərilib. Hal-hazırda ödəniş bank tərəfindən icra olunur".
Bir daha xatırladaq ki, hadisə bu il iyunun 27-də baş verib. Sığorta şirkəti ödənişi hələ də həyata keçirməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
12 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir













.jpg)











