Prezident Administrasiyası ölkədə yaranmış vəziyyətlə bağlı məlumat yaydı
Azərbaycan Respublikası Prezident Administrasiyası ölkədə yaranmış vəziyyətlə bağlı məlumat yayıb.
Məlumatda deyilir:
“2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza nəticəsində respublika ərazisinin böyük hissəsi, o cümlədən Abşeron yarımadası və Bakı şəhərinin elektrik enerjisi ilə təchizatında problem yaranıb. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev dərhal məsələni nəzarətə götürüb, qəzanın nəticələrinin qısa zamanda aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət strukturlarına müvafiq tapşırıqlar verib, məsələ ilə əlaqədar Xüsusi Dövlət Komissiyası yaradıb.
Mövcud şəraitə uyğun olaraq, qısa müddətdə elektrik enerjisi təchizatının kəsilməsinin neqativ təsir göstərə biləcəyi strateji əhəmiyyətli müəssisələr - təhlükəsizlik, yanacaq-energetika, nəqliyyat-kommunikasiya, hərbi, əhalinin təminatı və s. ciddi nəzarətə götürülüb və onların idarə olunması işi təşkil edilib. Həyata keçirilmiş ciddi tədbirlər nəticəsində proqnozlaşdırıla biləcək bütün mənfi halların qarşısı alınıb, ən əsası, insan tələfatına yol verilməyib. Hal-hazırda dövlət qurumları qəzanın nəticələrinin aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi istiqamətində zəruri tədbirlər görür, işlərin gedişi barədə əhaliyə müntəzəm məlumat verilir".
Açıqlamada təəssüflə bildirilir ki, əhali Mingəçevir İES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı qayğıları yaşadığı bir zamanda Gəncə şəhərində cinayət hadisəsi baş verib:
"Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Məsələ barədə dərhal Azərbaycan prezidentinə məlumat verilib və müvafiq tapşırıqlar alınıb, cinayəti törədən şəxs saxlanılaraq məsuliyyətə cəlb edilib.
Göründüyü kimi, Azərbaycan hökuməti bütün vəziyyətlərdə, o cümlədən fövqəladə hallar zamanı ölkənin və əhalinin təhlükəsizliyini, habelə cəmiyyətin normal həyat ritmini təmin etmək iqtidarındadır. Baş vermiş hadisə zamanı görülən işlər bunu əminliklə deməyə tam əsas verir.
Qeyd edilməlidir ki, kütləvi informasiya vasitələri Mingəçevir İES-də qəzanın baş vermə səbəbləri, onun aradan qaldırılması ilə bağlı dövlət orqanlarının gördüyü işlər barədə cəmiyyəti operativ və obyektiv şəkildə məlumatlandırıb, olduqca təmkinli və məsuliyyətli davranaraq, əhali arasında ajiotaj yaranmaması üçün üzərlərinə düşən vəzifələri icra ediblər.
Əfsuslar olsun ki, bəzi müxalif dairələr nəzarətlərində olan xəbər saytları və sosial şəbəkələr vasitəsilə Mingəçevir İES-də baş vermiş qəzadan və Gəncə şəhərində vəzifəli şəxsə qarşı həyata keçirilmiş silahlı basqından məqsədyönlü şəkildə yararlanmağa çalışıb, dövlət və xalq mənafelərinə zidd mövqe tutaraq cəmiyyətdə ajiotaj yaratmaq, kütləvi narazılıq formalaşdırmaq və respublikada sabitliyi pozmaq əhval-ruhiyyəsi nümayiş etdirmişlər. Həmçinin, özlərini müstəqil sayan bir sıra xəbər saytları da bu eyforik əhval-ruhiyyəyə qoşularaq, dəqiqləşdirilməmiş şayiələri baş vermiş hadisə kimi təqdim etmiş və vətəndaşları yalan informasiyalarla çaşdırmağa cəhd göstərmişlər. Mingəçevir İES-də baş vermiş qəzanın, o cümlədən bu hadisənin müxtəlif sahələrdə yaratdığı problemlərin aradan qaldırılması üçün dövlət orqanları tərəfindən zəruri tədbirlər həyata keçirilib və qısa müddətdə respublika həyatının bütün sahələrində normal iş fəaliyyəti bərpa olunub. Görülən işlər barədə müntəzəm qaydada əhaliyə məlumat verilib və qarşıdan gələn dövrdə bu fəaliyyət davam etdiriləcək”.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
25 d. əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
-
- 36 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
1 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İqtisadiyyat İnstitutunun əməkdaşları Quba rayonunda müəllim və şagirdlərlə görüşüblər
-
2 saat əvvəl
PAŞA Bank növbəti “Bazar trendləri və hedcinq məhsulları” tədbirini keçirib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
Ən çox oxunanlar
İyunun 13-də gözlənilən hava şəraiti
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 1 GÜN
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"





















