Metropolitendə hərəkət tam bərpa olunub - YENİLƏNİB
Bu gün saat 08:32 dəqiqədən etibarən Bakı Metropoliteninin Bənövşəyi xəttində də qatarların hərəkəti bərpa edilib.
Bunu Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədli deyib.
Onun sözlərinə görə, artıq bütün xətlərdə qatarların hərəkəti qrafikə uyğun həyata keçirilir.
XXX
"Hazırda elektrik enerjisinin verilişi kəsildiyindən Bakı metropoliteninin Bənövşəyi xəttinin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları işləmir və sərnişinləri qəbul etmir".
Bunu "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, bununla əlaqədar, Bakı Nəqliyyyat Agentliyi Sumqayıt və ətraf ərazilərdən Beynəlxalq Avtovağzal Kompleksinə gələn marşrut xətləri üzrə avtobusların, müvəqqəti olaraq, metronun “İnşaatçılar”, “Memar Əcəmi” və “Nizami” stansiyalarına hərəkətini təşkil edib.
Eyni zamanda, "Avtovağzal" stansiyası istiqamətində sərnişin sıxlığının mümkünlüyünü nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə fəaliyyət göstərən marşrut xətlərinin sayının artırılması ilə bağlı daşıyıcılara göstəriş verib.
Elektrik enerjisinin verilişi bərpa olunan kimi "Avtovağzal-Memar Əcəmi" stansiyaları arasında qatarların hərəkəti təmin ediləcək və sərnişinlər stansiyaların xidmətindən istifadə edə biləcək.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Bakı Nəqliyyat Agentliyi: Yaranmış enerji fasiləsi ilə bağlı bəzi marşrutların istiqaməti dəyişdirilib
Bakı Nəqliyyat Agentliyi ötən gecə paytaxtın enerji təminatında yaranmış vəziyyətin nəqliyyat sisteminə, o cümlədən sərnişindaşıma və yol hərəkətinin təşkili işlərinə mümkün mənfi təsirlərini azaltmaq məqsədi ilə gecə saatlarından zəruri tədbirlər görüb.
Agentlikdən verilən məlumata görə, əsas diqqət iyulun 3-ü səhər saatlarında sərnişindaşımada yarana biləcək çətinliklərin qarşısının alınmasına yönəldilib.
"Bakı Metropoliteni QSC ilə koordinasiyalı iş qurulub. Elektrik enerji təminatındakı, mövcud vəziyyətlə əlaqədar Bakı Metropoliteninin “Avtovağzal” stansiyası fəaliyyət göstərmədiyindən həmin istiqamətdə fəaliyyət göstərən marşrut xətləri üzrə nəqliyyat vasitələrinin sayının artırılıb. Yarana biləcək sərnişin sıxlığının aradan qaldırılması üçün Sumqayıt və ətraf ərazilərdən “Avtovağzal” metrostansiyasına gələn 142 və 91 nömrəli marşrut xətləri üzrə avtobuslar stansiyanın fəaliyyəti bərpa edilənədək metronun “Memar Əcəmi”, 158 və 130 nömrəli marşrut xətləri üzrə avtobuslar “20 Yanvar” stansiyasınadək hərəkət edəcək" deyə, məlumatda qeyd olunub.
Həmçinin, paytaxt yollarında nəqliyyatın normal, maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülüb: "Svetoforla nizamlanan yol kəsişmələri nəzarətə götürülüb. Mümkün məntəqələrdə svetoforların fəaliyyəti bərpa edilib. Digərlərinin də bərpası istiqamətində işlər aparılır".
Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyyə edib ki, bəzi küçə və prospektlərdə svetoforların işləməməsini nəzərə alaraq, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi məqsədilə ehtiyatlı və diqqətli olsunlar.
© APA, Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 d. əvvəl
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
























