“Union Lizinq” kiçilib, gəlirləri kəskin azalıb

“Union Lizinq” ASC 2017-ci ili 418 min 602 manat xalis mənfəətlə başa vurub. Şirkət 2016-cı ildə 427 min 931 manat xalis mənfəət əldə etmişdi.
“Marja” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2016-cı ildə 2 milyon 654 min manat olmuş əsas əməliyyat gələri 2017-ci ildə 1 milyon 706 min manata geriləyib. Şirkətin sair əməliyyat gəliri isə 428 min manatdan 419 min manata düşüb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
“Union Lizinq”in əsas əməliyyat gələri 36% azalsa da satışın maya dəyərinin və kommersiya xərclərinin daha çox aşağı düşməsi hesabına, 2016-ci illə müqayisədə ötən il əməliyyat mənfəəti cəmi 2% azalıb (427,9 min manatdan 418,6 min manata düşüb). Əməliyyat mənfəətindən mənfəət vergisi ödənməyib.
ŞİRKƏT KİÇİLİB
2016-cı illə müqayisədə ötən il “Union Lizinq”in cəmi aktivləri 24,5% azalaraq 13 milyon 837 min manata düşüb. Şirkət 2016-cı ilin sonunda 18 milyon 347 min manat cəmi aktivlərə malik idi. Aktivlərin azalmasının səbəbi lizinq üzrə debitor borcların 18 milyon 334 min manatdan 13 milyon 777 min manata geriləməsidir.
“Union Lizinq” 100% İsmayılov Abdul Rauf oğluna məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
4 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 13 saat əvvəl
-
17 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
19 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
19 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
20 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
Son Xəbərlər

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
Ən çox oxunanlar

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
