8 min hektar sahə suvarılacaq - YENİ KANAL
İyunun 5-də Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 kilometrlik hissəsinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına Şəmkirçay su anbarı və Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı kompleks layihəsi barədə məlumat verib.
Bildirilib ki, ötən əsrin 80-ci illərində inşa edilmiş bu suvarma kanalının birinci növbəsinin davamı olaraq uzunluğu 27,95 kilometr olan ikinci növbəsinin tikintisinə 2015-ci ildə başlanılıb. Bu kanalın tikintisi ilə su mənbəyi işğal zonasında qalmış Goranboy rayonunun 8293 hektarı yeni suvarılacaq torpaq olmaqla, ümumilikdə 26584 hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək. Qeyd edək ki, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yoluna qədər 8,55 kilometrlik birinci mərhələsinin tikintisi 2017-ci ildə başa çatdırılıb, Samux və Goranboy rayonlarının 941 hektarı yeni suvarılacaq torpaqlar olmaqla, 8938 hektar torpaq sahəsinə suvarma suyu verilib.
2017-ci ildə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu və ikinci dərəcəli avtomobil yolu ilə kəsişməsində keçid qurğularının, eləcə də kanalın tikintisi işləri davam etdirilib. Bu hissədə nəqliyyatın hərəkətinə maneçilik yaradılmaması üçün 450 metr uzunluğunda düzbucaqlı dəmir-beton suötürən qurğu, eləcə də uzunluğu 4,95 kilometr olan açıq dəmir-beton üzlüklü kanal inşa olunub. Bununla da, Goranboy rayonunda daha 8 min hektar sahəyə suvarma suyunun verilməsi təmin edilib.
Qeyd edək ki, 2009-cu ildə Şəmkir su anbarının tikintisinin təməlqoyma və 2014-cü ildə açılış mərasimləri keçirilib. Su Elektrik Stansiyası ilə birlikdə Şəmkirçay su anbarının, ondan su götürən 60,5 kilometr uzunluğunda magistral kanalların istifadəyə verilməsi ilə Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarında 54 min hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına, 17 min hektar yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə, ildə 56 milyon kilovat-saat elektrik enerjisinin istehsalına, Gəncə və Şəmkir şəhərlərinin, Samux rayonunun Nəbiağalı qəsəbəsinin əhalisinə ildə 50 milyon kubmetrə yaxın ekoloji təmiz içməli su verilməsinə imkan yaranıb.
Hazırda su anbarından Şəmkir şəhərinə içməli su verilir, Gəncə şəhərinə və Samux rayonunun Nəbiağalı qəsəbəsinə isə içməli su xətti hazır olduqdan sonra suyun verilməsi təmin ediləcək. Şəmkirçay su anbarı istifadəyə verildiyi vaxtdan bu il yanvarın 1-dək ona yığılan 740 milyon kubmetr su hesabına Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarının 43 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılıb, Şəmkir, Goranboy və Göygöl rayonlarının 4940 hektar, eləcə də “Şəmkir Aqropark”ın 543 hektar yeni suvarılacaq sahələri suvarma suyu ilə təmin edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
42 d. əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
-
48 d. əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
1 saat əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
1 saat əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Ən çox oxunanlar
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı























