"Dolların dünya valyutası statusu çökür"
Dolların kreslosu laxlayır. "Commerzbank"ın baş iqtisadçısı Jörg Kraemer, Dolların dünyanın aparıcı valyutası statusunu itirməyə başladığını bildirərək, bunun qismən ABŞ-ın sanksiya siyasətindən qaynaqlandığını qeyd edib.
Almaniyanın bank konserni "Commerzbank"ın baş iqtisadçısı Jörg Kraemer, yayımladığı bir hesabatda Dolların dünya valyutası kimi gələcəyini qiymətləndiririb.
"Marja" xəbər verir ki, hesabatda Dolların dünyanın aparıcı valyutası statusunun çökməyə başladığını qeyd edən Kraemer, bunun qismən, ABŞ dollarını ölkə xarici əməliyyatlar üçün daha az cəlbedici hala gətirən ABŞ-ın sanksiya siyasətindən qaynaqlandığını iddia edib.
Kraemer qeyd edib ki, bu tendensiya ABŞ Prezidenti Donald Trampın birtərəfli sanksiyaları genişləndirməsilə daha da dərinləşib.
"Prezident Tramp rəhbərliyinin Avropa ilə arası getdikcə daha çox pozulur. Bu, Dolların dünyanın aparıcı valyutası statusunu itirməsi tendensiyasını daha da gücləndirə bilər. Bu daha güclü bir Avro/dollar valyuta məzənnəsinə işarə edir",- hesabatda bildirilir.
"ƏN CİDDİ RƏQİB AVRODUR"
Hesabatda, xarici pul vahidi olaraq Dolların rolunun uzun zamandır müzakirə edildiyini bildirən Kraemer bunları qeyd edib:
"Dolların dünyanın ehtiyat valyutası olmaq statusunun sonudur? Bu, İkinci Dünya Müharibəsinin sonundan bəri bir neçə dəfə gündəmə gətirilən bir sualdır. 1960-ların əvvəllərində Fransa Prezidenti Şarl de Qoll (Charles de Gaulle) ABŞ valyutasının xüsusi vəziyyətinin sonuna çıxmaq istədi. 2009-da Rusiya və Çinin rəhbərləri belə bir təşəbbüs göstərdilər, uğurlu ola bilmədilər. Ancaq Dolların meyar pul statusu çökür".
36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!
Kraemer, Dollar qarşısında dünya valyutası olmaq üçün Avronun yaxşı variant olduğunu bildirərək, "Şübhəsiz, dollar hələ də SWIFT vasitəsilə aparılan əməliyyatların böyük hissəsini təşkil edir. Ancaq bu pay son illərdə azalıb və Avro indi ciddi bir rəqibdir. Avronun bu proseslərdəki payı artıq yalnız dörd bənd geridədir",- qeyd edib.
Avronun artan əhəmiyyətinin bir səbəbinin, Avro Bölgəsi borc böhranı başa çatdıqdan sonra daha cazibədar hala gəlməsi ola biləcəyini qeyd edən Kraemer, hesabatda bu ifadələrə yer verib:
"Ancaq bu artım tək başına hələlik Dolların dünya valyutası kimi statusunu təhdid etmək üçün yetərli olmayacaq. Məhsuldarlıq baxımından, beynəlxalq ticarətdə yalnız bir əməliyyat valyutasının olması məntiqlidir. Bu səbəbdən dollar, bu mövcud üstünlüyünə görə dominant valyuta olaraq qala bilər. Yenə də Dolların beynəlxalq maliyyə əməliyyatlardakı payı azalır".
Həmçinin Kraemer, Avronun dünya ödəmə əməliyyatlarında daha böyük bir status qazanması vəziyyətində tələbatın daha da artacağına diqqət çəkərək, "ABŞ-ın əksinə, ən azından hazırda Avro Zonası cari profisitə malikdir. Bu, Avronun sadəcə dollar qarşısında deyil, bütün valyutalara qarşı dəyər qazanacağını göstərir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
1 saat əvvəl
"Bakı–Tbilisi–Qars istifadəyə verildi. Avropa dəmir yolu sisteminə birbaşa çıxışımız var"- AÇIQLAMA
-
2 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Qeyri-neft ixracında özəl şirkətlər kəskin artım göstərib, dövlət ixracatçılarında azalma qeydə alınıb
Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN
PAŞA Bank “Oyun 360” məhsulunu istifadəyə verdi
"Bakı–Tbilisi–Qars istifadəyə verildi. Avropa dəmir yolu sisteminə birbaşa çıxışımız var"- AÇIQLAMA
Ən çox oxunanlar
İyunun 3-də gözlənilən hava şəraiti
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb






















