IFC Azərbaycanın da yerləşdiyi region üzrə yeni direktor təyin etdi
IFC Avropa və Mərkəzi Asiya üzrə Yeni Regional Direktoru elan edir
Dünya Bankı Qrupunun üzvü olan IFC 28 ölkəni və investisiya üzrə 10 milyard ABŞ dollarından artıq portfeli və 89 məsləhət layihəsini əhatə edən Avropa və Mərkəzi Asiya regionu üzrə yeni Direktor təyin etmişdir.
"Marja" xəbər verir ki, yeni direktor Wiebke Schloemer 1 may 2018-ci il tarixindən etibarən direktor Tomasz Telmanı əvəz edib.
IFC-nin keçmiş regional infrastruktur rəhbəri Vyanada fəaliyyət göstərəcək və Türkiyə, Ukrayna, Gürcüstan, Serbiya, Qazaxıstan, Polşa, Rusiya və digər ölkələrin daxil olduğu regiona rəhbərlik edəcək və ildə 3 milyard ABŞ dollarından artıq yeni investisiyalara məsuliyyət daşıyan 420 peşəkardan ibarət qrupu idarə edəcək.
Schloemer layihə və korporativ maliyyələşdirmə sahəsində və energetika, nəqliyyat, telekommunikasiya və texnologiya sektorları daxil olmaqla geniş diapazonlu sənaye sahələri boyu birbaşa investisiya yatırımı üzrə 20 ildən artıq təcrübəyə malikdir. Təyin edilməzdən qabaq o Şərqi Avropa, Yaxın Şərq və Şimali Afrika boyu 5.5 milyard ABŞ dollarından artıq investisiyaları idarə edərək IFC-nin infrastruktur investisiyalarına rəhbərlik etmişdir.
“Bu, enerji və resursların səmərəliliyi məsələləri üzrə məsləhət xidmətlərindən tutmuş “yaşıl” istiqrazlara qədər, və IFC-nin ilk iqlimə uyğunlaşma layihəsindən tutmuş IFC-nin şəhərləri təşəbbüsünə qədər sahələri əhatə edən və özəl şirkətlərə inkişaf etməkdə və regional iqtisadi artıma töhfə verməkdə yardım edən bir çox yeni məhsul və təşəbbüsləri tətbiq edən regiondur” – o söyləmişdir.
"Nəticələr mükəmməl olsa da, problemlər qalmaqdadır. Regiondakı rolumuzu, infrastrukturun yaxşılaşdırılması, aqrobiznesin effektivliyinin artırılması, istehsalda iqlimə uyğun yeniliklərin dəstəklənməsi və yerli kapital bazarlarının gücləndirilməsinə ehtiyac duyan sifarişçi ölkələrimizə özəl sektorla bağlı həlli yollarının təqdim edilməsində görürəm".
Schloemer, IFC-yə 2004-cü ildə Vaşinqtonda yerləşən telekommunikasiya, media və texnologiya (TMT) qrupunda investisiya əməkdaşı kimi qoşulmuşdur. Onun sonrakı regional təcrübəsi Avropa və Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika, Şərqi Asiya və Sakit okean regionunu əhatə edir.
IFC-yə qoşulmazdan əvvəl Schloemer Lüksemburqdakı Avropa İnvestisiya Bankında və DEG-də, Almaniya İnvestisiya Korporasiyasında çalışmış, Afrika, Asiya və Şərqi Avropada infrastruktur borcları və kapital əməliyyatları üzərində işləmişdir.
IFC, Dünya Bankı Qrupunun üzvü olaraq, dünyada özəl sektorun inkişafını hədəfləyən ən iri inkişaf təşkilatıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
51 d. əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
1 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
3 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı



























