Saudi Aramco-da qadın rəhbər dövrü
Dünyanın ən böyük neft şirkəti olan "Aramco"nun idarə heyətində ilk dəfə bir qadın yer alacaq. Laverty Elsenhans-ın vəzifəyə təyin edilməsi, az sayda qadın rəhbərin olduğu neft sektoru üçün vacib bir addım kimi görünür.
Səudiyyə Ərəbistanının enerji şirkəti "Saudi Aramco"nun idarə heyətinə ilk dəfə bir qadın təyin edilib. Səhmlərinin birjada ilkin satışı (İPO) hazırlığı aparılan dünyanın ən böyük enerji şirkəti olan "Aramco"nun yeni idarə heyətinin üzvləri təsdiq olunub.
"Marja" Reuters-ə itinadən xəbər verir ki, Maliyyə naziri Məhəmməd əl Cadan ilə İqtisadiyyat və Planlaşdırma naziri Məhəmməd əl Tuvaijri idarə heyətinin yeni üzvləri olub. 2008-2012-ci illər arasında ABŞ neft emalı zavodu "Sunoco"nun sədr və İcraçı direktoru işləmiş Laverty Elsenhans da "Aramco"nun idarə heyətinin üzvü təyin edilib.
2008-də Forbesin "dünyanın ən güclü qadınları" siyahısında yer alan Elsenhans, 28 il ərzində "Royal Dutch Shell"də də rəhbə vəzifələrdə işləmişdir.
İdarə heyətinə təyin olunan digər adlar arasında, "Chevron Phillips"in keçmiş İcraçı Direktoru Piter Cella ilə "Dowdupont"un Direktoru Andrew Liveris də yer alır.
"Aramco"nun səhmlərinin 5%-i investorlara təklif ediləcək. Bu məqsədlə Aramco-nun idarə heyətiə tanınmış adlar təyin edilib. Aramco-nun addımı, dünyanın ən böyük İPO-su kimi tarixə düşəcək.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
8 d. əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
-
12 d. əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
15 d. əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 16 d. əvvəl
- 18 d. əvvəl
- 20 d. əvvəl
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
25 d. əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
- 36 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
Qeyri-neft ixracında özəl şirkətlər kəskin artım göstərib, dövlət ixracatçılarında azalma qeydə alınıb

























