5 sığorta şirkəti zərərə uğrayıb - ADLARI
Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 20-si 2017-ci ildəki gəlirlərinin və xərclərinin məbləği barədə məlumat verib ki, bunlardan da 15-i maliyyə mənfəəti əldə edib.
2 şirkətdə bu göstərici 10 milyon manatdan çoxdur.
Bunlar "PAŞA Həyat Sığorta" (16,932 milyon manat) və "PAŞA Sığorta" (16,494 milyon manat) ASC-lərdir.
Qalan 13 şirkətdən 8-nin maliyyə mənfəəti 1-10 milyon manat arasında, 4-nün maliyyə mənfəəti 100 min manatdan 1 milyon manata qədər, 1-nin - "Günay Sığorta" ASC-nin maliyyə mənfəəti isə 96 min manatdır.
5 şirkət isə ötən il maliyyə zərərinə uğrayıb (halbuki, əvvəlki ilə maliyyə mənfəəti əldə ediblər). Bunlar "AXA Mbask", "Qala Sığorta", "Atəşgah Sığorta", "Rəvan Sığorta" və "Azsığorta" ASC-lərdir. Ən çox zərər "Azsığorta"da (3,067 milyon manat), ən az zərər isə "AXA Mbask"da (368 min manat) qeydə alınıb.
Maliyyə mənfəəti əldə etmiş 15 şirkətdən 2-də bu göstərici əvvəlki illə müqayisədə çox olub. Bunlar "Atəşgah Həyat Sığorta" (71,2%) və "Bakı Sığorta" (10,6%) ASC-lərdir. 12 şirkətdə isə maliyyə mənfəəti azalıb. Ən yüksək mənfi dinamika "Azərbaycan Sənaye Sığorta" ASC-də (93,45%), ən aşağı mənfi dinamika isə "Azərsığorta"da (16,8%) qeydə alınıb. Qalan 1 şirkət isə "Standard Insurance" ASC-dir ki, maliyyə zərərindən maliyyə mənfəətinə keçib.
***
2017-ci ildə mənfəət vergisi ödəmiş sığorta şirkətlərinin sayı maliyyə mənfəəti əldə etmiş şirkətlərin sayından 5 ədəd az - 10 olub. Bunlardan 4-nün ödədiyi mənfəət vergisi 1 milyon manatı üstələyib. Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (3,861 milyon manat), "PAŞA Sığorta" (3,4 milyon manat), "Meqa Sığorta" (1,242 milyon manat) və "Atəşgah Həyat Sığorta (1,198 miyon manat) ASC-lərdir. 5 şirkətin mənfəət vergisi ödəmələri 100 min manatdan 1 milyon manata qədər, 1 şirkətin - "Bakı Sığorta" ASC-nin mənfəət vergisi ödəmələri isə 66 min manat olub.
Ötən il maliyyə zərərinə uğramış şirkətlər təbii olaraq mənfəət vergisi ödəməyib. Bununla yanaşı, maliyyə mənfəəti əldə etmiş 5 şirkət - "Amrah Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Günay Sığorta", "Standard Insurance" ASC-lər və "Azərsığorta" da vergiyə pul ayırmayıb.
36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!
"Amrah Sığorta" və "Standard Insurance" əvvəlki il də mənfəət vergisi ödəməyiblər. Odur ki, bu şirkətlər üzrə vergi ödənişlərinin dinamikasını hesablamaq mümkün deyil. Qalan 18 şirkətdən 2-ci mənfəət vergisi ödəmələrini artırıb. Bunlar "Atəşgah Həyat Sığorta" (71,2%) və "Bakı Sığorta" (10,6%) şirkətləridir. 16 şirkətdə isə mənfəət vergisi ödəmələri azalıb. Bunlardan 8-də azalma 100%, 8-də isə 18-79%-dir.
***
2017-ci ili xalis mənfəətlə bitirmiş 15 sığorta şirkətindən 2-də bu göstərici 10 milyon manatdan çoxdur. Bunlar "PAŞA Sığorta" (13,094 milyon manat) və "PAŞA Həyat Sığorta" (13,071 milyon manat) ASC-lərdir.
Qalan 13 şirkətdən 7-nin xalis mənfəəti 1-5 milyon manat arasında, 5-nin xalis mənfəəti 100 min manatdan 1 milyon manata qədər, 1 şirkətin - "Günay Sığorta" ASC-nin xalis mənfəəti isə 96 min manatdır.
Xalis mənfəət əldə etmiş 15 şirkətdən 3-də bu göstərici əvvəlki ilə nisbətən çox olub. Bunlar "Atəşgah Həyat Sığorta" (71,2%), "Bakı Sığorta" (10,6%) ASC-lər, eləcə də "Azərsığorta" (3,9%) şirkətidir. 11 şirkətdə isə xalis mənfəət azalıb. Ən yüksək mənfi dinamika "Azərbaycan Sənaye Sığorta" ASC-də (91,8%), ən aşağı mənfi dinamika isə "Günay Sığorta"da (7,9%) qeydə alınıb. Qalan 1 şirkət isə "Standard Insurance" ASC-dir ki, xalis zərərdən xalis mənfəətə keçib.
"Naxçıvan Sığorta" ASC gəlirlərinin və xərclərinin məbləği barədə məlumat verməyib.
36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
-
-
1 gün əvvəl
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
-
1 gün əvvəl
ABŞ bankından bazarlar üçün böhran xəbərdarlığı: Vəziyyət getdikcə 2008-i xatırladır
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir
-
1 gün əvvəl
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp Putinin İrana "azacıq" kömək göstərdiyini etiraf edib
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
Ən çox oxunanlar
Palma yağı qiymətlərində artım davam edir
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın!
Qarabağda torpaqların icarəyə verilməsi üzrə 2-ci investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin”



















