"Yaxın zamanlarda Balaxanı Parkında 6 şirkət fəaliyyətə başlayacaq"
“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasovla müsahibəni təqdim edirik:
- Balaxanı Sənaye Parkında yeni rezidentlərin fəaliyyətə başlayacağını bildirmişdiniz. Hazırda rezidentlərlə bağlı məsələ nə yerdədir?
- Ötən ilin sentyabrın 22-də Balaxanı Sənaye Parkının açılışı olub. İlkin mərhələdə Parkda işlənmiş mühərrik yağlarının emalı, plastik (PET) butulkaların təkrar emalından plastik qırıntıların istehsalı, tullantı kağızlardan istifadə etməklə çap-poliqrafiya məhsulları istehsalı, tullantı-plastik məmulatların təkrar emalı nəticəsində müxtəlif plastik qablaşdırma məhsullarının istehsalı, süngər tullantılarının təkrar emalı və mebel istehsalı ilə məşğul olan 5 rezident fəaliyyət göstərir.
Bununla yanaşı, növbəti mərhələdə fəaliyyət göstərmək üçün polietilen və polipropilen tullantılarının təkrar emalı, polietilen tullantılarının təkrar emalından yapışqan lent (skoç) istehsalı, qida yağlarının təkrar emalı nəticəsində biodizel üçün xammalın istehsalı, taxta tullantıların emalından kömür (aktiv kömür) istehsalı, qida tullantılarından gübrə və yem istehsalı, plastik tullantıların emalı nəticəsində inşaatda istifadə olunan plastik tor istehsalı, kağız tullantılarından meyvə-tərəvəz üçün qablaşdırma məmulatları istehsalı sahələri üzrə daha 6 sahibkar rezident statusu əldə edib və yaxın zamanlarda fəaliyyətə başlayacaq. Qeyd edim ki, rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə 32 mln. manat məbləğində invertisiyanın yatırılacağı gözlənilir.
- Balaxanı Sənaye Parkında daha hansı işlərin həyata keçirilməsini nəzərdə tutursunuz ?
- BSP-nın 2-ci sahəsində tikinti prosesi davam edir. Sənaye parkının rezidentləri xaricdən avadanlıqlar gətirərək fəaliyyətə başlamaq üçün hazırlıq işləri görürlər. Bununla yanaşı, sahibkarların BSP-yə göstərdiyi marağı nəzərə alaraq 7 hektar sahəsi olan parka daha 1,3 hektar əlavə olunub və hazırda Balaxanı Sənaye Parkının sahəsi 8,3 hektardır.
- "Böyükşor gölünün bərpası" layihəsinin II mərhələsi ilə bağlı işlər hazırda hansı səviyyədədir ?
- Hazırda Fransanın “Suez” şirkəti "Böyükşor gölünün bərpası" layihəsinin 2-ci mərhələsi üzrə layihələndirmə işlərini həyata keçirir. 2018-ci ilin ikinci yarısında bu işlər yekunlaşandan sonra gölün sağlamlaşdırılması və tarixi məcraya qaytarılması istiqamətində növbəti addımlar müəyyənləşdiriləcək.
- Xocasən gölünün bərpası ilə bağlı Dünya Bankı ilə danışıqlar aparıldığını qeyd etmişdiniz? Hazırda Xocasən gölünün bərpası ilə bağlı hansı işlər görülür?
- Dünya Bankı tərəfindən “Abşeron göllərinin bərpası layihəsi”nin bir hissəsinin maliyyələşdirilməsi təklif olunub. Bununla bağlı Dünya Bankı ilə göllərin seçimi və iş həcmlərinə dair müzakirələr aparılıb və ilkin olaraq Xocasən gölünün təmizlənməsinin maliyyələşdirilməsi ilə bağlı danışıqlar davam etdirilir. Bununla əlaqədar bu il арrеlin 3-4-də Bakıda “Yaşıl inkişaf”a dair biliklərin mübadiləsi ilə bağlı birinci seminar keçirilib.
- Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda tullantıların yandırılma gücü hazırda nə qədərdir? İl ərzində zavodda əldə edilən enerjinin gələcəkdə daha da artırılması nəzərdə tutulurmu?
- Avropanın ən müasir zavodlarından biri hesab olunan, 4G texnologiyaları ilə inşa edilən Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu hər biri 250 min ton məişət tullantısı qəbul etmək gücündə olan 2 xətdən və elektrik enerjisini istehsal edən turbindən ibarətdir.Tullantıların yandırılması prosesi nəticəsində zavod il ərzində 231,5 mln. KVt/saat elektrik enerjisi hasil etmək gücünə malikdir. Bununla belə, zavod tikilərkən gələcək perspektivlər nəzərə alınaraq 3-cü xəttin quraşdırılması üçün şərait yaradılıb. Beləliklə, gələcəkdə zəruriyyət yaranarsa daha 250 min ton tullantını utilizə etmək mümkündür. Nəticədə zavodun illik yandırma gücü 750 min tona qədər çatdırıla bilər.
© Report
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
2 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
6 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb

























