Ən böyük kabel TV şirkətindən 31 milyard dollarlıq təklif
Dünyanın ən böyük kabel TV şirkəti olan ABŞ-ın "Comcast" şirkəti, Böyük Britaniyanın yayım təşkilatı "Sky" qrupunu satın almaq üçün 31 milyard dollar təklif verib.
"Marja xəbər verir ki, "Comcast"dan verilən açıqlamada, təxminən 23 milyon müştərisi olan "Sky" qrupunun alışı üçün 31 milyard dollar (təxminən 22 milyard funt-sterlinq) təklif verildiyi qeyd olunub.
Satınalmanın reallaşması halında, "Sky" qrupunun tərkibində olan "Sky News" xəbər kanalının müstəqilliyinin 10 il qorunacağı qeyd edilib.
Açıqlamada, "Comcast"in satınalma təklifinin, Avstraliyalı media biznesmeni Rupert Murdoch-un sahibi olduğu "21st Century Fox"un "Sky" qrupunu almaq təklifinə nisbətən 16 faiz daha yüksək olduğu vurğulanıb.
Böyük Britaniyanın Rəqabət və Bazarlar Şurası (CMA), yanvar ayında, "21st Century Fox Sky" qrupunun satınalma təşəbbüsünü "medianın çox səsliliyi baxımından dövlət xeyrinə olmadığı" səbəbilə əngəlləmişdi.
Bunun ardından, ABŞ-ın əyləncə və media nəhəngi "Walt Disney" bu ayın əvvəlində "Sky News"i satın almaq üçün təşəbbüs göstərərək, "21st Century Fox"un "Sky" qrupunu satın almasına dəstək olmağa çalışmışdı.
Murdoch-un sahibi olduğu "21st Century Fox" 39% hissəsinə sahib olduğu "Sky" qrupunun qalan 61%-lik hissəsini satın almaq üçün keçən il 11,7 milyard funt-sterlinq (16,5 milyard dollar) təklif etmişdi.
"Walt Disney" isə dekabr ayında, "21st Century Fox"u satın almaq üçün 52,4 milyard dollar təklif etdiyini bildirmişdi.
"Comcast"in sahib olduğu şirkətlər arasında, beynəlxalq media və əyləncə şirkəti NBCUniversal və NBC televiziyası, film istehsalı və distribyutorluq şirkətlərindən "Universal Studios" və "Dreamworks Animation" var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
-
8 d. əvvəl
FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- 8 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Minik avtomobili ilə 1 km gediş üçün 8,6 qəpik ödəniləcək - Bu gündən qüvvəyə mindi
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
16 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi
Toyota artıq Yaponiyanın ən dəyərli şirkəti deyil
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Yaşıl enerji kabeli layihəsi üzərində işləyirik"
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub























