Azərbaycanlı qardaşlar yeni nəsil marketinq və reklam aləti yaradıb
“Bakcell”in “AppLab” proqramının məzunlarından yeni nəsil marketinq və reklam aləti
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin gənc və istedadlı developerlərinə dəstək göstərmək üçün genişmiqyaslı “AppLab” inkubasiya proqramını həyata keçirir.
“AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. “AppLab” Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.
Bunlardan biri olan “ARZoom” proqramı “tamamlanmış reallıq” (“augmented reality”) texnologiyası əsasında layihələndirilmiş yeni nəsil marketinq və reklam alətidir. İnteraktiv kontentin hər hansı bir çap materialına əlavə edilməsinə imkan yaradan bu innovativ platforma həm mobil, həm də veb şəbəkə idarəetmə panelləri vasitəsilə idarə olunur və öz multifunksionallığı, geniş imkanları və eyni zamanda sadəliyi ilə seçilir. Həmçinin bu platforma müştərilərə birbaşa çıxış imkanı verən “hədəfləmə” funksionallığına malikdir. Bu alətdən istifadə edən istənilən şirkət öz məhsullarını seçilmiş auditoriyaya yeniliyi ilə fərqlənən innovativ bir tərzdə təqdim edə biləcək. Bu layihə 2017-ci ildə Bakcell şirkətinin “AppLab” mərkəzində inkubasiya prosesindən keçib və artıq 5000 istifadəçi tərəfindən Google Play və App Store rəqəmsal platformalarından yüklənib.
“ARZoom” proqramı Fərid və Araz Davudov qardaşları və onların komandası tərəfindən “Bakcell”in innovativ “AppLab” mərkəzinin avadanlığı və geniş imkanlarından istifadə edərək yaradılıb. Gənc developerlərimiz artıq ilk böyük müştərisini qazanıb. Belə ki, “ARZoom” komandası ən son texnologiya əsasında qurulmuş reklam xidmətlərinin göstərilməsi üçün öz artırılmış reallıq platforma xidmətlərini Türkiyənin məşhur mebel şirkətinə təqdim etməyə başlayıb. Buna baxmayaraq, platformanın daha da təkmilləşdirilməsinə yönəlmiş tədbirlər davam etdirilir və bu yaxınlarda proqrama “yerləşmə əsaslı artırılımış reallıq” (“location-based AR”) and “müasir təsvir tanınma” (“Advanced image recognition”) texnologiyaları əsasında yeni funksionallıq əlavə edilib.
“Mənim fikrimcə “Bakcell”in dəstəyi olmasaydı, biz bu uğuru əldə edə bilməzdik. “AppLab” proqramı gənc developerlər üçün innovativ bir platformanı təmin etməklə onların ideyalarını həyata keçirməyə kömək edir. Ümid edirəm ki, bu layihə gənc startapçılara dəstək göstərməyə davam edəcək və biz yerli gənclərin daha böyük uğurlarının şahidi olacağıq”, deyə Fərid Davudov bildirib.
Qeyd edək ki, “ARZoom” platforması Bakcell şirkətinin “AppLab” lahiyəsinin digər məzunları ilə birgə “Bakutel-2017” sərgisinin çərçivəsində Bakcell stendində təqdim edilib və sərginin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.
“AppLab” layihəsinin iştirakçıları şirkətin “AppLab” Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim imkanları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər. İnnovasiya sahəsində lider olan Bakcell gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
7 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 8 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var

















