İnkişaf etmiş ölkələr borc bataqlığında!
Milli gəlirlərindən daha çox borcları var - DÖVLƏT BORCLARINDA SÜRƏTLİ ARTIM
Dünya ölkələrində dövlət borcunun bu ilin sonunda 71,3 trilyon dollara çatacağı gözlənilir. 2008-ci ildəki qlobal iqtisadi böhrandan bu yana dövlət borcları 30,7 trilyon dollar artıb. Dövlət borclarının bu qədər artması riskli hesab edilir.
"Marja" xəbər verir ki, qlobal iqtisadi böhrandan bu yana bir çox problemlə mübarizə aparan dünya ölkələri, istər mərkəzi bankları, istərsə də daxili istehlak və investisiyaları dəstəkləyən dövlət təşviqləri ilə iqtisadi artım probleminə həll tapmağa çalışdılar. Bu vəziyyət ölkə borclarında artıma səbəb oldu, xüsusən inkişaf etmiş ölkələrin dövlət borclarında sürətli bir artım görüldü.
Bir çox beynəlxalq qurum və təşkilat nümayəndələri, borc məbləğlərində artımın maliyyə riskləri yaradacağını qeyd edirlər.
Son olaraq Beynəlxalq Valyuta Fondunun (BVF) Rəhbəri Kristin Laqard, qlobal iqtisadiyyatın güclənməyi davam etdirməsinə baxmayaraq, inkişafa qarşı risklərin son dövrdə yüksəldiyi, artan borc barədə xəbərdarlıq edib.
"Marja"nın Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarından topladığı məlumatlara görə, qlobal dövlət borcu 2018-ci ilin sonunda 71 trilyon 325,4 milyard dollar, dünyanın milli gəliri isə 86 trilyon 802,1 milyard dollar olacaq. Beləliklə, qlobal dövlət borcu, il sonunda dünya milli gəlirlərinin 82,2%-nə qarşılıq gələcək.
BVF-nin milli gəlir və dövlət borcunun ÜDM-ə nisbəti göstəricilərinə dair proqnoz verdiyi 181 ölkədən ABŞ çıxarılanda, dünya ölkələrinin cəmi milli gəlirlərinin 2018-də 66,8 trilyon dollara çatacağı proqnozlaşdırılır. Bu il sonunda dünya ölkələrinin dövlət borc miqdarında çatacağı nəzərdə tutulan 71,3 trilyon dolların, 180 ölkənin cəmi milli gəlirindən daha çox olması isə vəziyyətin ciddiliyini ortaya qoyur.
Qlobal dövlət borcunun 84%-i 11 ölkənin payına düşür
Dövlət borcunun böyüklüyü baxımından 22,1 trilyon dollar borcla ABŞ birinci yerdədir. ABŞ-ın ardınca 12,2 trilyon dollar borcla Yaponiya və 7,2 trilyon dollarla Çin gəlir.
BVF-nin siyahısında, İtaliya və Fransa 2,8 trilyon dollarlıq, Almaniya və İngiltərə 2,5 trilyon dollarlıq, Hindistan 2 trilyon dollarlıq, Braziliya 1,9 trilyon dollarlıq, Kanada 1,6 trilyon dollarlıq və İspaniya isə 1,5 trilyon dollarlıq dövlət borcu ilə öndə olan ölkələrdir.
Bu 11 ölkənin ümumi dövlət borcunun 2018-ci ilin sonunda 59 trilyon dolları keçməsi gözlənərkən, bu rəqəm qlobal dövlət borcunun 82,7%-nə qarşılıq gəlir.
Dövlət borc miqdarı 10 ildə ən çox ABŞ-da artıb
2008 qlobal iqtisadi böhranın ardından dövlət borcunda ən çox artım 11,2 trilyon dollarla ABŞ-da baş verib. ABŞ-da 2008-də 10,9 trilyon dollar səviyyəsində olan dövlət borc miqdarının, bu il sonunda 22,1 trilyon dollara çatacağı gözlənilir.
ABŞ-ın ardından qlobal iqtisadi böhrandan bu yana keçən 10 illik müddətdə dövlət borcu miqdarının ən çox 6 trilyon dollarla Çində artması gözlənilir. 2008-də 1,2 trilyon səviyyəsində olan Çinin dövlət borcu miqdarının, 2018-in sonunda 7,2 trilyon çıxacağı ehtimal edilir.
Son 10 ildə dövlət borc artımında, 3 trilyon dollarla Yaponiya, 1,1 trilyon dollarla İngiltərə, 1 trilyon dollarla Hindistan, 818,8 milyard dollarla Braziliya, 809,6 milyard dollarla İspaniya, 801,5 milyard dollarla Fransa, 505,9 milyard dollarla Kanada və 501,9 milyatd dollarla da Avstraliya önə çıxan ölkələr arasında yer alır.
BVF-nin 2008-2018 məlumatlarına görə, 10 illik prosesdə dövlət borcunun 14 ölkədə azalacağı hesablanır. Ən çox dövlət borcunu azaldan ölkə 55,9 milyard dollarla Norveç və 38,8 milyard dollarla Türkiyədir.
Konqo Respublikası, Hollandiya, Yamayka, Macarıstan, Liberiya, Honq Konq, Seyşel adaları, Qvineya Bisav, İslandiya, Əfqanıstan, Sent Kids və Nevis son 10 illik prosesdə dövlət borcunu azaldan ölkələr arasında yerləşir.
18 ölkənin dövlət borcu milli gəlirindən çox olacaq
BVF-nin 2018 sonu proqnozlarına görə, dövlət borcunun ÜDM-ə nisbəti baxımından birinci yerdə 236%-lə Yaponiyadır. Bu ölkənin ardınca 191,3%-lə Yunanıstan və 176,5%-lə Sudan yer alır.
Dövlət borcunun milli gəlirini aşması gözlənilən digər ölkələr arasında Venesuela, Livan, İtaliya, Eritreya, Barbados, Yəmən, Yaşıl Burun Adaları, Portuqaliya, Qambiya, Konqo Respublikası, Sinqapur, Mozambik, ABŞ, Belçika və Buntan yerləşir. Beləliklə, il sonunda 18 ölkənin dövlət borcunun milli gəlirindən çox olacağı ehtimal edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
16 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
23 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
23 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
























