Şəmkir Balıq Zavodu özəlləşməyə çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 22 may tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
Budəfəki hərraca ayrı-ayrı iqtisadi sahələrə aid 70 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyətləri, 28-i kiçik dövlət müəssisə və obyekti, 20-si istifadəsiz qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir.
Alıcılar bu hərracda da məişət, iaşə, qida, toxuculuq sahəsinə aid olan kiçik dövlət müəssisəsi və obyektlərini özəlləşdirmək imkanına malikdir. Eyni zamanda təmir, sənaye, nəqliyyat sahəsində biznesini qurmaq istəyənlər üçün də kifayət qədər müəssisələr var. Bu əmlaklar paytaxtla yanaşı Gəncə, Sumqayıt, Cəlilabad, Lənkəran, Balakən, Xaçmaz və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 57 kv.m ilə 10 min kv.m arasında dəyişir.
Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Goranboy, Ağdaş, Astara və digər şəhər və rayonlarda yerləşir. Prosesə çıxarılan müəssisələr sırasında Bakının Sabunçu rayonunda yerləşən kinoteatr, Nərəcan kənd Mədəniyyət evi, Qusar Kərpic sexi kimi iri dövlət əmlakları var.
Sənaye sahəsində fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. Şəmkir Balıq Zavodu dövlət müəssisəsi belə əmlaklardandır. Həmin zavodun fəaliyyətini genişləndirməklə investor yaxşı qazanc əldə edə bilər. Daxili tələbatda balıq və balıq məhsullarına üstünlük verilməsi amili istehsalı artırmağa imkan verir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 350 kv.m-ə yaxın, torpaq sahəsi isə 4 min 500-dən çoxdur. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Qusar Kərpic sexini misal göstərmək olar. Həmin obyekt investorlar üçün tikinti sahəsində yaxşı qazanc deməkdir. Belə ki, Qusar rayonun turizm bölgəsi olması mehmanxanaların, kafelərin inşasını stimullaşdırır. Bu isə kərpicə olan tələbatın adı çəkilən əmlak tərəfindən ödənilməsinə imkan verir. Əmlakın ümumi faydalı sahəsi 200 kv.m-dən çox, torpaq sahəsi isə 170 min kv.m-dən artıqdır.
Hərraca müxtəlif markalı nəqliyyat vasitələri də çıxarılıb. Nəqliyyat vasitələrinin buraxılış tarixləri 2006-2010-cu illəri əhatə edir.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
8 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
9 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
13 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb

























