"Qoçu dəstəsi yığıb, hər üç şirkətə basqın ediblər" - YENİ AÇIQLAMA
“Atena” şirkətinin satış müdiri Rəfail Rəsulov, Şirkətin Direktorlar Şurasının sədri Qəmbər Sübhanverdiyevin və İcraçı direktor Gökhan Beceriklinin iddialarına münasibət bildirib.
HƏMÇİNİN OXU: “ATENA”DA QARŞIDURMA
Rəfail Rəsulov "Marja"ya açıqlamasında bildirib ki, Zərəngiz Məmmədovanın şirkətdə müəyyən səhm payına malik olması əsas vermir ki, onun həyat yoldaşı İsrafil Qasımov başına qoçu dəstəsi yığıb, hər üç şirkətə, yəni “Atena” süd zavodu, “Aqat Aqro” heyvandarlıq fermasına və “Atena Qrup” QSC-nin baş ofisinə hücum etsin, işçiləri qanunsuz olaraq işdən kənarlaşdırmaqla şirkətlərin fəaliyyətini iflic vəziyyətə salsın:
“Onu da qeyd edim ki, şirkətlər barədə deyilənlər də həqiqəti əks etdirmir. Dünənə kimi hər üç şirkətin fəaliyyəti normal olub, istehsal və satış sahəsində heç bir neqativ hal olmamışdır.
Onu da qeyd etməliyik ki, şirkətlərin fəaliyyəti ilə bağlı bütün məsələlər bağlı qapılar arxasında səlahiyyətləri olmayan şəxslərlə deyil, səhmdarlar və əmək kollektivi ilə müzakirə olunmalı və qərar şəkilində kollektivə elan olunmalıdır.
Şirkətin icraçı direktoru qeyd edib ki, satışın digər şirkətə verilməsi 8% xərcləri azaldır, əvvəla bu yanlış rəqəmdir və bu məbləğ üçün 250 nəfər işçini işdən azad etməyə birbaşa əsas vermir. Bu proses ölkə prezidentinin apardığı yeni iş yerlərinin açılması siyasətinə ziddir. İşdən xəbəri olmayan və şəxsi marağını güdən Türkiyə vətəndaşı ilə dünənki vergi məmuru əlbir olaraq 250 işçini işsiz qoymuşdur.
Bir də ki, kim kimin qohumu olması əsas vermir ki, onun əmlak və əmək hüquqlarının pozulmasına rəvac versin. İ.Qasımov 400 nəfərə yaxın işçinin əmək və əmlak hüquqlarını pozduğuna görə qanun qarşısında cavab verməli olacaq. Atena məhsulları illərdir ki daxili və xarici bazarda tanınmış bir brenddir. Bu gün onu bu vəziyyətə gətirmək İ.Qasımovun son 5 ildə məqsədli fəaliyyətinin nəticəsidir. Bu barədə yəqin ki, konkret faktlarla həm ictimayətə, həm də hüquq-mühafizə orqanlarına məlumat veriləcək”.
HƏMÇİNİN OXU: ATENA-nın işçiləri şirkətin yeni sahibinə etiraz edirlər
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
4 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
5 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























