Heyvanların və bitki məhsullarının sığortası daha da pisləşdi
Azərbaycanda kənd təsərrüfatı heyvanları və bitkiləri məhsullarının sığortası üzrə toplanmış sığorta haqları kəskin azalıb.
"Marja" Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına istinadən xəbər verir ki, 2017-ci ilin 1-ci rübündə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə topanmış sığorta haqları 2 milyon 30 min manat ikən, 2018-ci ilin 1-ci rübündə 540,5 min manat təşkil edib.
2017-ci ilin 1-ci rübündə kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə topanmış sığorta haqları 6948 manat ikən, 2018-ci ilin 1-ci rübündə 6400 manat təşkil edib.
Qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatı heyvanları və bitkiləri məhsullarının sığortası üzrə sığorta haqlarının böyük hissəsi "Azərbaycan Sənaye Sığorta" şirkəti tərəfindən toplanır. 2017-ci ildə don və dolu düşməsi nəticəsində sığortalanmış əkin sahələrinə böyük zərər dəymiş və sığorta şirkəti ziyana düşmüşdü.
Müştərilərin xəbərləri
Dəyərli və təkrarolunmaz "Rolls-Royce Motor Cars Baku" "Bespoke" fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 10 d. əvvəl
- 15 d. əvvəl
- 27 d. əvvəl
-
48 d. əvvəl
Avropa bankı növbəti dəfə Bank Respublika-nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi
-
52 d. əvvəl
Ağ Şəhərdə endirim və bonus imkanı verən yeni kart hazırlanır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Star4" "Marsol Expo 2026"da bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Avropa bankı növbəti dəfə Bank Respublika-nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi
ABB-dən İslam bankçılığı çərçivəsində yeni məhsul
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Qızılın qiyməti 4200 dollar/unsiyadan da aşağı düşdü
"Star4" "Marsol Expo 2026"da bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb


















