Mehmanxanaların ümumi tutumunun 80%-i istifadə edilmir
2017-ci ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə nömrələrin (otaqların) sayı 4,4 faiz artaraq 21,2 min vahid, birdəfəlik tutum isə 2,8 faiz artaraq 41,1 min yer olmuşdur.
“Marja” Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, birdəfəlik tutumun 34,8 faizi Bakı, 14,8 faizi Xaçmaz, 8,8 faizi Qəbələ, 5,8 faizi Qusar, 3,9 faizi Quba, 3,2 faizi Gəncə, 2,7 faizi Masallı, 2,2 faizi Lənkəran, hər biri 1,9 faiz olmaqla Şamaxı və İsmayıllı, 1,7 faizi Mingəçevir, hər biri 1,2 faiz olmaqla Şəki və Qax, 15,9 faizi isə digər rayonlarda (şəhərlərdə) yerləşən mehmanxanalarda mövcud olmuşdur.
Mehmanxanaların ümumi tutumundan il ərzində orta istifadə səviyyəsi ölkə üzrə 17,2 faiz təşkil etmişdir. Bu göstərici Naftalanda 55,1 faiz, Bakıda 30,3 faiz, Qəbələdə 16,0 faiz, Qusarda 11,9 faiz, Gəncədə 7,5 faiz, Qaxda 7,2 faiz, Şamaxıda 6,6 faiz, Şəkidə 6,4 faiz, Lənkəranda 6,1 faiz, Xaçmazda 5,8 faiz, İsmayıllıda 5,7 faiz, Qubada 3,4 faiz, Masallıda 3,3 faiz olmuşdur.
2016-cı illə müqayisədə mehmanxanaların gəlirləri 18,2 faiz artaraq 283,7 milyon manat olmuşdur ki, onun 67,9 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 22,2 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 1,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,0 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir. Gəlirlərin 191,8 milyon manatı (67,6 faizi) xarici vətəndaşlara göstərilmiş xidmətlər nəticəsində formalaşmışdır.
Məhsul (xidmət) istehsalına çəkilən xərclər 221,6 milyon manat olmuşdur ki, onun 30,0 faizini əmək haqqı xərcləri, 16,1 faizini içkilərin və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər, 7,6 faizini yanacaq və enerji xərcləri, 7,4 faizini bütün növ sosial sığortalar üzrə ayırmalar, 7,2 faizini əsas fondların amortizasiyası, 2,5 faizini avadanlıq və inventarın alınması xərcləri, 29,2 faizini isə digər xərclər təşkil etmişdir.
2017-ci ildə mehmanxanalarda gecələmələrin sayı 2 milyon 579,7 min adam-gecə olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 21,4 faiz çoxdur. Gecələmələrin 61,2 faizi Bakıda, 8,1 faizi Qəbələdə, 5,0 faizi Xaçmazda, 3,9 faizi Qusarda, 3,1 faizi Qubada, 2,7 faizi Naftalanda, 1,7 faizi Lənkəranda, 1,4 faizi Gəncədə, hər birində 1,1 faiz olmaqla Kürdəmirdə və Mingəçevirdə, 0,9 faizi Tovuzda, hər birində 0,8 faiz olmaqla Ağstafa və Şamaxıda, hər birində 0,5 faiz olmaqla Qax və Masallıda, 7,2 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınmışdır.
2016-cı illə müqayisədə mehmanxanaların xidmətlərindən istifadə edən əcnəbi turistlərin sayı 26,3 faiz artaraq 981,0 min nəfər olmuşdur. Yerləşdirilmiş xarici ölkə vətəndaşları arasında Rusiya Federasiyası vətəndaşları 14,4 faiz, Böyük Britaniya vətəndaşları 8,1 faiz, Türkiyə vətəndaşları 7,3 faiz, İran vətəndaşları 7,2 faiz, ABŞ vətəndaşları 3,0 faiz, Ukrayna vətəndaşları 2,3 faiz, Almaniya vətəndaşları 2,2 faiz, İtaliya vətəndaşları 1,8 faiz, Gürcüstan vətəndaşları 1,5 faiz, digər ölkələrin vətəndaşları 52,2 faiz təşkil etmişdir. Əcnəbilər üzrə gecələmələrin sayı 24,7 faiz artaraq 1195,9 min adam-gecə olmuşdur. Mehmanxanalarda yerləşdirilmiş şəxslərin ümumi sayı 2016-cı illə müqayisədə 25,6 faiz artaraq 1 milyon 409,5 min nəfərə çatmışdır ki, onların da 30,4 faizini Azərbaycan Respublikasının vətəndaşları təşkil etmişdir.
Mehmanxana və mehmanxana tipli müəssisələrin xidmətlərindən istifadə edənlərin 57,3 faizi istirahət və əyləncə, 15,1 faizi işgüzar, 1,4 faizi müalicə, 26,2 faizi isə digər turizm məqsədilə səfər etmişdir. Digər bölgələrlə müqayisədə istirahət və əyləncə məqsədilə Bakıya, Qusara, Qubaya, Naxçıvan Muxtar Respublikasına, Xaçmaza, Şamaxıya, Şəkiyə, Qəbələyə və İsmayıllıya səfər edən turistlərin sayı daha çox olmuşdur.
Mehmanxanalarda çalışan işçilərin orta illik sayı 9911 nəfər olmuş və bir işçiyə düşən orta aylıq əmək haqqının məbləği 558,8 manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
6 d. əvvəl
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir
- 13 d. əvvəl
-
-
42 d. əvvəl
Neft qiymətlərində müharibə dövründəki artımı silindi - 60–65 dollaradək ucuzlaşacağı gözlənilir
-
10 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
10 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir
“Azərbaycan Nəşriyyatı”nın zərəri artıb
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Ən çox oxunanlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var


























