Azərbaycan holdinqi Türkiyədə xəbər kanalı açır
Azərbaycanın iri media holdinqi kimi təqdim edilən “Global Media” Türkiyədə xəbər telekanalı açır.
Türkiyə telekanalları xəbər verir ki, şirkət İstanbulda “Cine 5” və “Kanal 6” telekanallarının ofisinin yerləşdiyi binada 3 aydır intensiv hazırlıq işləri aparır. Bina son texnologiya əsasında tamamilə yenilənib. Türkiyə mənbələri “Global Media” şirkətinin 8 televiziya kanalına, 4 internet portala və 2 qəzetə nəzarət etdiyini bildirir.
Xəbərə görə media qrupu Türkiyədə uzunmüddətli biznes qurmağı planlaşdırır və yeni açacağı telekanala məşhur aparıcıları, jurnalistləri cəlb etməyə hazırlaşır. Şirkətin yaxın günlərdə kadrları cəlb etmək üçün danışıqlara başlayacağı bildirilir.
Yeni açılacaq xəbər kanalının adı TR24 olacaq və NTV, CNN Türk, Habertürk kimi aparıcı xəbər kanalları ilə rəqabətə girəcək.
İnternet mənbələrində göstərilir ki, “Global Media” 2001-ci ildə Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətdir. 2007-ci ildə şirkət Azərbaycanda rəqəmsal yayım və çap biznesi sahəsində fəaliyyətə başlayıb. Habelə Türkiyədə serial biznesinə girib. Tərkibində sərgi və reklam biznesi ilə məşğul olan “AzExpo” LLC, çap biznesi ilə məşğul olan “Global Print” şirkətləri var.
Türkiyədəki qaynaqlardan məlum olub ki, “Global Media” qrupu bu ölkədə açmağa hazırlaşdığı xəbər telekanalı üçün indiyə qədər azı 4 milyon dollar xərcləyib, daha bir neçə milyon dollar da xərclənməsi nəzərdə tutulur.
Türkiyənin media sektoru reklam bolluğuna görə gəlirli biznes sahəsi hesab edilir. Lakin Azərbaycan şirkətinin bu sektorda rəqabətə nə dərəcədə davam gətirəcəyi hələ məlum deyil. Bundan əvvəl SOCAR-da Türkiyənin media sektoruna girmişdi və xəbər telekanalı satın almışdı. Hansı ki, bu yatırımın uğursuz olduğu haqda məlumatlar var.
© Virtualaz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
7 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
8 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























