ABŞ-ın gömrük tarifi tətbiq edəcəyi Çin məhsulları açıqlandı
ABŞ Prezidenti Donald Tramp-ın 25% əlavə gömrük vergisi tətbiq etməyi planlaşdırdığı Çin mənşəli məhsulların siyahısı açıqlanıb.
"Marja" xəbər verir ki, Çinin müdafiə sənayesi, aviasiya və emal sektorlarını hədəf alan siyahıda, ticari dəyəri təxminən 50 milyard dollar olan 1300-ə yaxın məhsul növü var.
ABŞ, Çinin Amerika şirkətlərin texnologiyalarını və əqli mülkiyyətlərini ələ keçərməyə istiqamətlənmiş qeyri-qanuni fəaliyyətlərinə cavab olaraq gömrük vergisi tətbiq edir.
Sənədə görə, Çindən idxal edilən təxminən 1300 məhsula 25% əlavə gömrük tarifi tətbiq ediləcək.
Siyahıda, nüvə reaktorları, toryum və uran birləşmələri, dəmir, polad, alüminium və bunları ehtiva edən metallar, qaz turbini, soba, hava və qaz mayeləşdirən maşınlar, laktik maya, bəzi dərman və peyvəndlər kimi bir çox məhsul çeşidi yer alır.
ABŞ Tİcarət Nümayəndəliyinin (USTR) hazırladığı sənəddə, "Siyahıdakı məhsulların dəyəri, 2018-ci il üçün nəzərdə tutulan ticari dəyərlər çərçivəsində təxminən 50 milyard dollardır. Bu məbləğ, ABŞ iqtisadiyyatına vurulan zərəri və Çinin zərərli davranışlarını, siyasətlərini və tətbiqlərini aradan qaldırmaq baxımından uyğundur" - ifadələri istifadə edilib.
Siyahı Amerikan iş dünyası və ictimaiyyətin ixtiyarına verilib. İrad və tövsiyələr qəbul edildikdən sonra 60 gün ərzində siyahı yenilənəcəkdir.
Mütəxəssislər, Çinin bu məhsullara əks cavabının hər kəs üçün itkiyə gətirib çıxaracaq bir ticarət müharibəsinə səbəb ola biləcəyinə dair xəbərdarlıqlar edirlər.
Çin, ABŞ-ın idxal polad və alüminiuma tətbiq etdiyi əlavə gömrük tariflərinə cavab olaraq ABŞ-dan idxal edilən təxminən 3 milyard dollar məbləğindəki 128 məhsula 15- 25% vergi tətbiq edib.
Qlobal bazarlar iki ölkənin addımlarının bir ticarət müharibəsini başladacağı narahatlıqları ilə dalğalanmış və Birjalar böyük dəyər itkisinə uğramışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























