90-dan çox turizm isiqamətləri təqdim olunacaq - Turizm və Səyahətlər sərgisi
5-7 aprel tarixlərində Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2018” sərgisi keçiriləcək.
“AITF” sərgisi turizm sahəsində ən populyar və əhəmiyyətli tədbirlərdən biridir. Hər il nəhəng turizm agentliklərinin nümayəndələri və həyatını digər ölkə, region və şəhərlərə səyahətsiz təsəvvür etməyən insanlar səbirsizliklə bu tədbiri gözləyirlər.
Bu il, sərgidə 18-dən çox ölkə iştirak edir və onların arasında:
Belarusiya
Bolqarıstan
Çex Respublikası
Dominikan Respublikasi
Gürcüstan
Hindistan
İndoneziya
İran
İspaniya
İtaliya
Mərakeş
Rusiya
Sloveniya
Tailand
Türkiyə
Ukrayna
və s.
Bu tədbirin əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, burada dünyanın müxtəlif güşələrindən gələrək öz ölkələrini turizm xidmətlərinin bütün aspektləri baxımından təmsil edən və hər bir müştərini yaxından maraqlandırmaq üçün əllərindən gələni əsirgəməyən çox sayda milli qruplar iştirak edir. Sərgidə iştirakçılar Avropa ölkələri və ekzotik adaların hələ tədqiq olunmamış güşələrinə səfər etməyi təklif edirlər. Şübhəsiz ki, bu səfərlər hələ uzun müddət yaddaşınızdan silinməyəcək!
Sərgidə 90-dan çox turizm isiqamətləri təqdim olunacaq
Bu, yeni turizm marşrutları və qeyri-adi turlar ilə yanaşı, həm də hər bir şirkətin qiymət siyasəti barədə məlumat toplamaq üçün unikal imkandır. Bu məlumatlar sayəsində siz uzaq və yaxın xarici ölkələrə səfərlər planlaşdıra bilərsiniz.
Yerli turoperatorlar arasında “Pasha Travel” və “Ulduz Tourism” şirkətləri, eləcə də “Abşeron Hotel Group” və “Gilan Hospitality” otellər şəbəkəsi var.
İştirakçıların tam siyahısı ilə burada tanış ola bilərsiniz.
Bu il təşkilatçılar tərəfindən geniş işgüzar və əyləncə proqramı planlaşdırılıb. Sərginin sonuncu iş günüSəyahətlər Festivalı keçiriləcək. Sərgi çərçivəsində təşkil olunan bu mədəniyyət tədbiri iştirakçı ölkələrin səhnə quruluşları və mədəniyyət çıxışları vasitəsi ilə öz ölkələrinin mədəniyyətlərini nümayiş etdirmələri üçün ideal platformadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
8 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























