Beynəlxalq Bank daha bir idman qurumu ilə əməkdaşlığı dayandırdı
Azərbaycan Beynəlxalq Bankı (ABB) daha bir idman qurumu ilə əməkdaşlığı dayandırıb. "Bu, Azərbaycan Milli Karate Federasiyasıdır.
Bank baş sponsoru olduğu federasiya ilə müqavilə müddətini artırmayıb. AMKF-in I vitse-prezidenti Rəhman Həsənov "Report"a açıqlamasında bildirib ki, sponsorluğun davam etdirilməsi ilə bağlı onlara heç bir rəsmi məlumat verilməyib: "Hələ cavab gözləyirik. Baş sponsor yanvarın 1-dən maliyyə vəsaiti ayırmır. İdmançılarımız Fransada keçirilən I Premyer Liqa yarışına da Gənclər və İdman Nazirliyinin hesabına yollanıb".
Bankın mətbuat xidmətindən tərəflər arasındakı müqavilə müddətinin 2016-cı il dekabrın 31-də başa çatdığı və yeni müqavilənin imzalanmadığı bildirilib: "Bu, ABB-nin sağlamlaşdırılması çərçivəsində atılan addımlardan biridir".
Qeyd edək ki, yanvarın 27-də ABB-nin İdarə Heyəti “İnter” Peşəkar İdman Klubuna da sponsorluğun dayandırılmasına qərar verildiyini açıqlayıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























