“Veysəloğlu” sağlam rəqabət mühiti üçün hərəkətə keçib

“Veysəloğlu” Şirkətər Qrupu tezliklə Azərbaycanda sağlam rəqabət mühitinin formalaşmasının tərəfdarıdır.
“Marja” xəbər verir ki, qrup “Strateji Yol Xəritəsin”də bu sahədə nəzərdə tutulmuş tədbirlərin reallaşdırılmasına öz töhfəsini vermək üçün müxtəlif cəmiyyətlər ilə görüşlər keçirir.
Qrupun dəvəti ilə, Türkiyə Rəqabət Təşkilatının keçmiş rəhbəri, professor Nurettin Kaldırımcı Bakıya səfərə gəlib. O, Azərbaycanın dövlət orqanlarının rəsmiləri, millət vəkilləri və media nümayəndələri ilə görüşüb.
İqtisadi yazarlar ilə görüşdə “Veysəloğlu” Şirkətər Qrupunun Biznesə dəstək üzrə baş direktoru İlqar Nuri bildirib ki, Azərbaycanda uzun müddətdə rəqabət mühiti narahatlıq yaradır:
“Sahibkarlıq inkişaf etdikcə onların maliyyə və digər gücləri artır. Tezliklə ölkəmizdə inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edilərək rəqabət qaydaları müəyyən edilməli və qəbul edilməlidir. Bu baxımdan “Strateji Yol Xəritəsində” son tarix 2018-ci il göstərilib. Biz “Veysəloğlu” Şirkətlər Qrupu olaraq rəqabət mühitinin yaradılmasına öz töhfəmizi vermək qərarına gəlmişik. Dünya təcrübəsini araşdırdıqda öyrəndik ki, qardaş Türkiyə dövləti bu sahədə xeyli məsafə qət edib. Türkiyənin təcrübəsini öyrənmək üçün Rəqabət Təşkilatının rəhbəri olmuş professor Nurettin Kaldırımcını Bakıya dəvət etdik”.
İlqar Nuri, pofessor Nurettin Kaldırımcının iqtisadi yazarlar ilə görüşünə toxunaraq qeyd etdi ki, rəqabət mühitinin yaradılmasında mətbuatın, o cümlədən iqtisadi yazarların da üzərinə iş düşür. Mətbuat, rəqabət mühitini pozan məlumatları gündəmdə saxlamalı, şəffaf şəkildə ardıcıl işıqlandırmalıdır.
Nurettin Kaldırımcı Rəqabət Təşkilatının fəaliyyətindən danışaraq bildirdi ki, şirkətlər arasında rəqabəti məhdudlaşdıracaq razılaşmaları, bazarda hökmran mövqeyə malik şirkətin bu hökmranlığından sui-istifadəsini aşkar etmək və qarşısını almaq Təşklatın əsas vəzifələridir. Eyni zamanda, şirkətlərin satınalama və birləşmə yolları ilə bazarda rəqabəti pozacaq hakim mövqeyə gəlmələrinə də yol verməmək Rəqabət Təşkilatının vəzifələrindən biridir.
Nurettin Kaldırımcının sözlərinə görə, eyni sahədəki şirkətlərin razılaşaraq qiymətləri yüksək saxamaları və istehakçılara ziyan vurmaları təcrübədə ən çox rast gəlinən rəqabəti pozan hərəkətdir. Belə faktlar aşkar edildikə şirkətər dövriyyələrinin həcminə uyğun olaraq cərimələnirlər. Hətta Türkiyədə Rəqabət Təşkilatı xəbər vermədən istehsal və xidmət obyektlərinə basqın etmək hüququna malikdir.
Görüşdə Nurettin Kaldırımcı media nümayəndələrinin suallarını cavabalandırdı, Azərbaycan və Türkiyə reallıqları üzrə müzakirlər apardı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
- 23 saat əvvəl
-
23 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
