Facebook 2 gündə 60 milyard dollar "əridi"
Facebook Inc.-ın kabus həftəsi bitmək bilmir.
ABŞ-ın texnologiya şirkəti Facebook, məlumat təhlükəsizliyi məsələsinin hökumətlər tərəfindən də gündəmə gətirilməsi və investorların səhmləri satması ilə çətin günlər keçirir.
"Marja" xəbər verir ki, 50 milyon Facebook istifadəçisi barədə məlumatların ABŞ Prezidenti Donald Trumpın seçilməsinə yardım edən "Cambridge Analytica" şirkətinə verildiyinin üzə çıxmasından sonra, Facebook, bənzəri görülməmiş dərəcədə mənfi reaksiyalarla qarşılaşır.
Nyu-Yorkda birjasında Facebookun səhmləri 6.2 faiz ucuzlaşıb; Cümə günkü bağlanışdan bu yana 11 faiz minusda olan şirkətin bazar qiymətindən cəmi 60 milyard dollar azalıb. Sözügedən rəqəm, avtomobil istehsalçısı Tesla Inc.-ın bazar dəyərinin üzərindədir.
Avropa tərəfində reaksiyalar artır
Şirkətin İcraçı direktoru Mark Zuckerberg, qanunvericiləri sakitləşdirmək üçün Avropa parlamentlərinə səfər etmək məcburiyyətində qala bilər. Sosial medianın son seçkilər üzərindəki təsirini araşdıran Böyük Britaniya parlamentində komitə sədri Damian Collins, Zuckerbergi proses ilə bağlı sualları cavablandırmaq üçün dəvət edib. Zuckerberg, qısa müddət sonra Avropa Parlamentinin sədri Antonio Tajani-dən də dəvətnamə alıb.
Avropa Birliyinin rəsmisi Vera Jourova, ABŞ-a bu həftə edəcəyi səfərdə məsələni Facebook ilə müzakirə etməyi planlaşdırdığını bildirib. İtaliyanın telekommunikasiya bazarına nəzarət edən AGCOM isə Facebook-dan məlumat istifadəsinə dair məlumat verməsini tələb edib.
Facebook tərəfindən rəsmi açıqlama verilməyib
Bütün bunlara qarşı Facebook, proseslərə reaksiya göstərmək məsələsində ləng qalır. Zuckerberg və ya şirkət COO-su Sheryl Sandberg məlumat sızması haqqında hər hansı bir rəsmi açıqlama verməyiblər. Zuckerberg, Cümə günü şirkət əməkdaşlarının suallarını aradan qaldırmaq üçün açıqlama verməyi planlaşdırır.
Siyasi müşavirlik və analitika şirkəti "Cambridge Analytica"nın Facebook-dan əldə etdiyi məlumatları ABŞ Prezidenti Donald Trampın xeyrinə istifadə edildiyinin etiraf edildiyi gizli kamera görüntüləri ortaya çıxıb.
ABŞ Prezidenti Donald Trumpın seçki kampaniyasını aparmış "Cambridge Analytica" adlı siyasi araşdırma şirkəti, Facebook profillərindən topladığı məlumalar ilə milyonlarla seçicinin siyasi motivasiyalarını ehtimal edən alqoritmlər hazırlayıb.
"Cambridge Analytica", "Facebook profili məlumatlarını hədəf kütlənin davranışını dəyişmək üçün istifadə etməkdə" günahlandırılır. İddialara görə, data analitiki şirkəti, qərarsız seçicilər arasında əks-səda doğuracaq siyasi mesajlar hazırlayıb.
Xəbərlərə görə, "Cambridge Analytica", Trampın seçki kampaniyasında Facebook məlumatlarını istifadə edib. Facebook-dan məlumatların sızdırılmış olacağı bildirilir. Guya, məlumatlar icazəsiz bir şəkildə ələ keçirilib və istifadə olunub.
Beş il əvvəl Kembric Universitetinin tədqiqatçıları, fərdlərin Facebook-u nə şəkildə istifadə etdiyini və Facebook "bəyən"mələrini araşdırmışdı. Araşdırma ilə, kompüterlərin "rəqəmsal ayaq izləri" vasitəsilə şəxsi xüsusiyyətlər haqqında təmin etdikləri nəticələrin, insanların yaxınları tərəfindən verilən məlumatlardan daha məqsədəuyğun olduğu kəşf edilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)






