Nəhəng şirkət mağazalarının hamısını bağlayacaq, 30 min insan işsiz qalacaq
Dünyanın ən böyük oyuncaq şirkətləri arasında yer alan Toys "R" Us çətin günlər keçirir. "Marja" xəbər verir ki, Şirkətin ABŞ-da fəaliyyət göstərən bütün mağazalarını bağlayacağı öyrənilib.
"Bloomberg"in məsələyə yaxın bir mənbəyə istinadən verdiyi xəbərə görə, Toys "R" Us-ın İcraçı direktoru Dave Brandon Çərşənbə günü əməkdaşları ilə şirkətin Nyu-Cersidəki ofisində toplantı keçirib. Brandon, son günlər şirkətin ABŞ-dakı bütün mağazalarının bağlanacağına dair şayiələri təsdiq edib və işçilərinə bəyanat verib.
Nəhəng şirkət 740 mağazanın hamısını bağlayacaq və 30 min şəxsi heyəti işdən çıxaracaq.
Şirkət 5 milyard dollarlıq ağır borc yükü içindədir və ABŞ-dakı əməliyyatlarına alıcı tapa bilmir.
09% KOMİSSİYA İLƏ PUL KÖÇÜRMƏLƏRİ
Şirkətin Kanadadakı əməliyyatları üçün isə ümid işığı varr. İcraçı direktor Brandon, 80 mağazanın fəaliyyət göstərdiyi Kanada üçün istəkli investorlar olduğunu deyib. Əgər razılaşma əldə olunarsa, bu ölkədə əməliyyatlar davam edəcək.
Şirkətin İngiltərədə də 105 mağazası var. İlk fazada şirkətin bu ilin ikinci rübündə ümumilikdə 25 mağazasının bağlanması planlaşdırılır. Alıcı tapmaması vəziyyətində İngiltərədə də cəmi 3 min adam işini itirəcək.
Toys "R" US, istehlakçıların artıq onlayn alış-veriş etdiyi bir dövrdə, rəqəmsal satışda geri qaldıqlarını qəbul etmişdi. Ağır borc yükü də şirkəti iflasa aparıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























