Avropa Birliyi böyük rəqəmsal şirkətlərə 3 faiz vergi tətbiq edəcək
Google, Facebook, Amazon, UBER, Airbnb kimi milyardlarla dollar gəlir əldə edən beynəlxalq şirkətlər Avropa İttifaqı tərəfindən 3 faiz vergi ödəməyə məcbur ediləcəklər.
"Marja" xəbər verir ki, Avropa Komissiyası tərəfindən hazırlanan qanun layihəsinin gələn həftə qəbul edilməsi gözlənilir.
Avropa Birliyi ərazisində ciddi miqdarda rəqəmsal gəlirə malik böyük şirkətlər, Avropa Komissiyası tərəfindən hazırlanan təklif layihəsinə görə, 3 faiz vergi ödəmək məcburiyyətilə qarşı-qarşıyadırlar.
Gələn həftə qəbul edilməsi gözlənilən təklif daha öncə Fransa tərəfindən gündəmə gətirilmiş və hələ də layihəyə bəzi dəyişikliklər edilə bilər. Daha əvvəl də gündəmə gələn təklifdə vergi nisbəti 1 ilə 5 faiz arasında nəzərdə tutulmuşdu, ancaq bu dəfə 3 faiz sabit vergi nəzərdə tutulur.
Qanun layihəsi AB ölkələri və rəsmiləri tərəfindən qəbul edildiyi təqdirdə, illik qlobal gəliri 750 milyon avronun üzərində olan və AB sərhədləri daxilində 50 milyon avrodan artıq gəlir əldə edən şirkətlər yeni qanuna tabe olacaqlar.
TEXNOLOGİYA NƏHƏNGLƏRİ 5 MİLYARD AVRO VERGİ ÖDƏYƏ BİLƏRLƏR
Beləliklə, onlayn reklam xidmətləri göstərən Google, Facebook, Instagram, Twitter, Spotify rəqəmsal şirkətlər Avropa İttifaqına vergi ödəyəcəklər.
Bu şirkətlər, qazanclarını verginin aşağı olduğu Lüksemburq, İrlandiya kimi ölkələrə yönəltdiyi və üzərinə düşəni etmədikləri üçün hökumətlərin hədəfindədirlər.
Analitiklər, təkliflə illik 5 milyard avro həcmində vergi yığılacağını hesablayır.
Netflix kimi yayım təşkilatları, bulud informasiya və IT şirkətləri isə qanundan kənarda saxlanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























