"Vergi cərimələri xəbərdarlıqla əvəz ediləcək"

Azəbaycanda vergi pozuntularına görə sahibkarlara tətbiq edilən bir sıra cərimələrin, xəbərdarlıqla əvəz edilməsi nəzərdə tutulur.
Bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bu gün Bakıda təşkil edilən "Kapital bazarları vasitəsilə maliyyələşmə, listinq və investisiyalar" tədbirində bildirib.
Onun sözlərinə görə, hazırda Konfederasiya ilə Vergilər Nazirliyi arasında bununla bağlı müzakirələr aparılır:
"Biz Vergilər Nazirliyi ilə danışıqlar aparırıq, eləcə də vergi sahəsində təkliflər toplusu hazırlayırıq. Bu təkliflər arasında cərimələrin xəbərdarlıqla əvəz edilməsi də nəzərdə tutulur".
Məmməd Musayev bildirib ki, ümumiyyətlə, Azərbaycanda təkcə vergi sahəsində deyil, digər sahələrdə də tətbiq edilən cərimələr bəzən yol verilən pozuntulara uyğun gəlmir:
"Fikrimcə bu cərimələrin və ümumiyətlə cəza tədbirlərinin pozuntulara uyğunluğu məsələsi müzakirə olunmalıdır".
KREDİT GÖTÜRƏNLƏRƏ 50% ENDİRİM EDİLƏCƏK
© FED
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 saat əvvəl
-
5 saat əvvəl
Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
9 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
10 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
12 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
12 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
Son Xəbərlər

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
