OPEC ABŞ-ın neft istehsalçıları ilə dialoqa davam edəcək
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Barkindo, kartelin ABŞ-ın neft istehsalçıları ilə dialoqa davam edəcəyini deyib.
"Marja" xəbər verir ki, ABŞ-ın Texas ştatının Hyuston şəhərində başlayan IHS Markit CERAWEEK 2018 enerji konfransında çıxış etmiş Barkindo, neft bazarı və OPEC haqqında fikirlər səsləndirib.
Barkindo, keçən ilki konfrans zamanı ABŞ-ın şist nefti istehsalçıları ilə OPEC rəsmiləri arasında dialoqun başladığını xatırladaraq, qlobal neft bazarı çərçivəsində tərəflərin bəzi problemlərlə bağlı ünsiyyətdə olmağa davam edəcəyini bildirib.
ABŞ-ın mühüm neft şirkətlərilə xüsusi iclaslar təşkil edəcəyi məlumatını verən Barkindo, bu şirkətlərin adlarını açıqlamayıb. O, tərəflərin neft istehsalında xərclərin azaldılması, məhsuldarlıq və istehsal üsulları haqqında məlumat mübadiləsi aparacağını qeyd edib.
Barkindo, tərəflərin neft qiymətləri haqqında danışmadığını dilə gətirərək, sözlərini belə davam edib:
"Ötən il ABŞ-ın neft istehsalçıları ilə bir araya gəlib buzları əritdik. Həmin vaxt neft bazarındakı bütün istehsalçıların gələcək qlobal neft tələbatını ödəmək üçün açıq dialoq içində olması lazım olduğu nəticəsinə gəlmişdik. Bu axşam bu dialoqa davam edəcəyik. Neft qiymətləri 2015-2016-ci illərdə düşəndə OPEC üzvü olan bütün ölkələr bundan əziyyət çəkmişdi. ABŞ-da da yüzlərlə neft istehsalçısı batmışdı. Bu dialoqun davam etməsi hər iki tərəfin xeyrinədir".
Həmçinin Barkindo, OPEC ilə qlobal maliyyə sektorunda fəaliyyət göstərən oyunçuların da dialoq içində olduğunu bildirərək, maliyyə bazarlarının neft qiymətləri və sektoru üzərində təsirinin olduğuna diqqəti çəkib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)






