Trumpın müşavirindən vergi istisnası açıqlaması
Ağ Evin Milli Ticarət Şurasının başında duran Peter Navarro, ölkələrin gömrük vergisindən azad edilməyəcəyini, ancaq bəzi hallarda şirkətlərin azad edilməsi üçün bir mexanizm olacağını bildirib.
"Marja" xəbər verir ki, Navarro, verdiyi bəyanatda "Azad etməyimiz lazım olan xüsusi hallar üçün sərbəstlik proseduru olacaq və beləliklə müəssisələr qarşısında maneə yaranmayacaq" - deyib.
ABŞ Prezidenti Donald Trump ötən həftə yerli istehsalçıları qorumaq üçün idxal dəmirə 25 faiz, aluminyuma isə 10 faiz əlavə gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb.
Bunun ardından şirkətlər sürətlə gömrük vergisinə qarşı lobbiçilik fəaliyyətinə başlayıb. Dəmir ixrac edən ölkələr bu addımı tənqid edirlər.
Trump planlaşdırılan gömrük vergisi artımları haqqında dünya liderlərilə də müzakirələr aparır.
İdxal dəmirə möhtac olan ABŞ-ın enerji şirkətləri dəmir məhsullarından əlavə gömrük vergisi alınmasını narahatlıqla qarşılayırlar.
ABŞ enerji şirkətlərini təmsil edən özəl sektor təşkilatı Amerika Neft İnstitutu, neft və qaz sektorlarının ehtiyac duyduğu polad boruların ABŞ istehsalçıları tərəfindən istehsal edilmədiyinə diqqət çəkir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























