Çindən ABŞ-a sərt cavab: Oturub izləməyəcəyik
Çinin xarici işlər nazirinin müavini Zhang Yesui, ABŞ ilə ticarət müharibəsi istəmədiklərini, ancaq Çinin maraqları zərər görərsə buna cavab verəcəklərini deyib.
"Marja" xəbər verir ki, Çin Parlamentinin illik toplantısında danışan Zhang, "Çin ABŞ ilə ticarət müharibəsi yaşamaq istəmir, ancaq əlbəttə ki, Çinin maraqları zərər görsə oturub izləməyəcəyik" - deyib.
Daha əvvəl ölkəsinin ABŞ-da səfiri kimi çalışmış Zhang, ticarətdə qarşılıqlı müzakirələrin tərəfdarı olduqlarını qeyd edərək, "Qərarlar səhv fikirlərə əsasən verilirsə, bu ikitərəfli münasibətlərə zərər verir və heç bir ölkənin görmək istəməyəcəyi nəticələr yaradır" deyib.
ABŞ Prezidenti Donald Trampın dəmir və alüminium idxalına əlavə vergi tətbiq etməsi qərarı, dünyada bir ticarət müharibəsi baş verəcəyinə dair narahatçılıqları artırıb. ABŞ-ın Çinlə ticarətdə artan kəsiri tez-tez tənqid edən Tramp, uzun müddətdir ki, Çinlə ticarətdə sərt tədbirlər görəcəyini bildirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























