Fevralda qlobal süd məhsulları qiymətləri 6,2% artıb
Qlobal ərzaq qiymətləri fevralda aylıq müqayisədə 1,1 faiz artıb, illik müqayisədə isə 2,7 faiz azalıb.
"Marja" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, beynəlxalq bazarlarda taxıl, bitki yağları, süd məhsulları, ət və şəkərdən ibarət olan beş əsas qida maddəsinin qiymətlərini ölçən Ərzaq Qiyməti İndeksi, fevralda əvvəlki aya (Yanvar) nisbətən 1,1 faiz artaraq 170,8 bənd olub. İndeks, ötən ilin eyni ayı ilə müqayisədə isə 2,7 faiz azalıb.
Bitki yağı qiymətinin aşağı düşməsinə baxmayaraq, taxıl və süd məhsullarının qiymətləri artıb.
Buğda, düyü və qarğıdalı kimi iri dənəli məhsulları ehtiva edən Taxıl Qiyməti İndeksi fevralda əvvəlki ayla müqayisədə 2,5%, artım göstərib. Sözügedən artıma mənfi hava şərtləri səbəb olub.
Bitki Yağı Qiyməti İndeksi fevralda 3,1 faiz azalaraq son 19 ayın ən aşağı səviyyəsinə enib. Şəkər Qiyməti İndeksi isə fevralda aylıq müqayisədə 3,4 faiz azalıb.
Süd Məhsullarının Qiyməti İndeksi, fevralda əvvəlki aya nisbətən 6,2 faiz artım göstərib, Ət Qiyməti İndeksi aylıq müqayisədə dəyişməyib.
Digər tərəfdən, FAO, buğda istehsalında azalma gözləməsinə baxmayaraq, ehtiyatlarda rekord nəzərdə tutub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)





