"Best Buy" 250 mağazasını bağlamaq qərarı verdi
"Best Buy", şirkət gəlirlərinə çox az töhfə verdiyi və bu səbəbdən də sadəcə telefon satışı etdiyi 250 mağazasını bağlayacağını bildirib.
ABŞ-ın ən böyük elektronika mağazalarından biri olan "Best Buy" cib telefonları satışını etdiyi 250 mağazasını 31 Maydan bağlayacağını açıqlayıb.
"Marja" xəbər verir ki, Kanada və Meksikada da fəaliyyət göstərən "Best Buy"ın, bu qərarı iqtisadi əsaslarla verdiyi bildirilir. Bir iddiaya görə, mobil telefon mağazalarının şirkətin ümumi mənfəətinə töhfəsi yalnız 1 faizdir.
"Best Buy" , ötən il 44 milyard dollar gəlir açıqlamışdı. Şirkətin ümumi mindən çox mağazası var. Bağlama qərarının yalnız ABŞ-ı əhatə etdiyi bildirilərkən Kanadada yerləşən 52 mağaza fəaliyyət göstərməyə davam edəcəkdir.
İLK MAĞAZASINI İPHONE ÇIXMAMIŞDAN ÖNCƏ AÇMIŞDI
"Best Buy"ın mobil telefon mağazaları 100 - 150 kvadrat metr arasında dəyişir. Bundan sonra telefonların 3000 - 4000 kvadrat metr arasında böyük mağazalarda satışına davam ediləcəyi bildirilib. Hesablamalara görə, bu mağazaların 85%-i böyük mağazalara orta hesabla 5 km məsafədə və ya daha yaxınındadır. Şirkət ilk mobil telefon mağazasını 10 il əvvəl ilk iPhone çıxmazdan əvvəl açmışdı.
Digər tərəfdən, neçə nəfərin işdən çıxaracağı isə açıqlanmayıb, ancaq bağlanılacaq mağazaların əməliyyat xərclərinin böyüklərə nisbətən daha çox olduğu bildirilir
Kadrlardan bəzilərinin digər mağazalarda işləməyə davam edəcəyi də qeyd olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























