İran dollarla idxalı qadağan etdi
İran Mərkəzi Bankı, ticarət şirkətlərinin ABŞ dolları istifadə edərək idxal sifarişi verməsinin qadağan olunduğunu açıqlayıb.
"Marja" xəbər verir ki, Mərkəzi Bankı tərəfindən Sənaye, Mədən və Ticarət Nazirliyinə göndərilən təlimat əsasında, idxalçıların dollar əvəzinə digər valyutalar ilə mal sifariş verə biləcəyi qeyd edilib.
İran mediası, qadağa qərarının, ABŞ-ın 2015-dəki nüvə müqaviləsinə baxmayaraq İranın bank sistemi üzərində davam etdirdiyi məhdudiyyətlər səbəbindən qəbul olunduğunu bildirir.
İranın "Mehr" xəbər agentliyi, idxalçıların ABŞ sanksiyaları səbəbindən dollar alışını banklar yerinə valyuta şirkətləri vasitəsilə əldə etdiklərini, bu vəziyyətin də valyutadəyişmə məntəqələrində ABŞ dollarına tələbatın artmasına səbəb olduğunu yazır.
Ölkədə ötən günlərdə valyuta məzənnələrində kəskin dəyişikliklərə görə, bir çox valyutadəyişmə məntəqəsi bağlanmış və valyuta əməliyyatı aparan yüzlərlə adam həbs olunmuşdu.
"DOLLAR ONSUZ DA BÖYÜK YER TUTMUR"
İran Mərkəzi Bankından Mehdi Kasreypur, bu qadağa səbəbindən ticarətdə böyük problemlər ilə qarşılaşmayacaqlarını deyib. O, sanksiyalara görə İranın bank sektoru uzun zamandır dollar istifadə etmədiyindən İranın ticarət fəaliyyətlərində dolların böyük yer tutmadığını, tacirlərin alternativ pul vahidləri istifadə etməyə çoxdan alışdığını söyləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























