Azərbaycandan bu ətin ixracı 5,5 dəfə artdı - 6316 baş ....
2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 6316 baş at (ətlik) ixrac olunub ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5,5 dəfə çoxdur. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilir.
Qeyd olunub ki, Azərbaycanda at əti ixracı ilk dəfə olaraq 2016-cı ildə başlanıb. Ötənilin yekunları üzrə 1155 baş at ixrac olunub.
2017-ci ildə bir baş atın (ətlik) orta ixrac satış qiyməti 148 dollar olub, 2016-cı ildə 141 dollar təşkil edib.
“Kəsim məqsədi ilə atlar Azərbaycandan yalnız Qazaxıstana ixrac olunur”, - nazirlikdən bildiriblər.
Vurğulanıb ki, həmçinin Rusiya və Çin perpektivli ixrac bazarları hesab olunur. “Nazirlik at ətini cəlb edilən qiymətə fəal ixrac edən Avropa ölkələrini potensial bazar hesab edir”, - məlumatda deyilir.
O cümlədən, Azərbaycanın yaxşı iqtisadi əlaqələr qurduğu bəzi ölkələrə at ətinin mümkün olmadığını qeyd olunur. Bu, həmin ölkələrdə at ətinə qadağanın və bəzi sosial amillərlə əlaqədardır.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 13 d. əvvəl
- 25 d. əvvəl
-
1 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
-
1 saat əvvəl
Mərkəzi Bank “Paysis” və “Greentek Group” şirkətləri haqqında yeni məlumat yayıb
- 1 saat əvvəl
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 3 saat əvvəl
-
9 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
10 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir























