Türkiyə, Azərbaycanda fındıq planlarının baş tutmadığını iddia edir
Türkiyənin Giresun Kənd Təsərrüfatı Palatasının sədri Nurittin Karan, fındıq ixracının ötən mövsümün eyni dövrü iə müqayisədə miqdar baxımdan artdığını, gəlirin isə azadığını bidirib.
"Marja" xəbər verir ki, Türkiyənin, 2017-2018 ixrac mövsümünün ilk 4 ayında təxminən 126 min ton ləpə fındıq ixrac olunaraq əvəzində 805 milyon 651 min dollar gəlir əldə etdiyini qeyd edən Nurittin Karan, 2016-2017 ixrac mövsümünün ilk 4 ayında 92 min 425 ton ləpə fındıq ixrac olunaraq əvəzində 823 milyon 153 min dollar gəlir əldə edildiyini xatırladıb.
Uduzanın Türkiyənin fındıq istehsalçıarı olduğunu qeyd edən Karan, qazananın isə Avropalı istehlakçıar olduğunu deyib.
Nurittin Karan, İtaliya başda olmaqla fındıq istehsalı olan digər ölkələrdə məhsuldarığın 50% azadığını, bununla bağlı olaraq Türkiyə fındığına olan marağın artdığını, ancaq dollar qarşısında Türk fındığının dəyər itirdiyini ifadə edib.
Nurittin Karan, monopolist və yerli tərəfdaşların Çili, Azərbaycan və Gürcüstandakı fındıqla bağlı plan və investisiya qoyuluşlarının tutmadığını, fındığı çürüdüb yağını çıxardıqarını qeyd edib.
Karan, Türkiyəyə xaricdən yağlıq fındıq idxal edildiyini bildirən Nurittin Karan, bir yağ firması tərəfindən Çilidən Gürcüstanın Poti Limanına, buradan da sərbəst bölgə olan Trabzon Limanına 2-4 fındıq yağı xammalı idxal edildiyini bildirib.
Dünyada Türkiyə fındığının və xüsusən də Giresun fındığının alternativsiz olduğunu vurğulayan Nurittin Karan, Çili, Azərbaycan və Gürcüstanda ümid etdiyini tapa bilməyənlərin Türkiyənin fındıq istehsalçılarına "şirin" görünmək üçün növbəyə girdiklərini ifadə edib.
Qeyd edək ki, 2017-ci ilin 11 ayı ərzində Azərbaycandan ixrac olunan qeyri-neft sektoru məhsulları arasında meşə fındığı 3-cü yeri tutub (105 milyon ABŞ dolları). Göründüyü kimi, Nurittin Karanın dediklərinin əksinə olaraq Azərbaycan xeyli miqdarda fındıq ixrac edib. Azərbaycanda fındıq istehsalının və ixracının artması Türkiyəni narahat edir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
1 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 13 d. əvvəl
- 15 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























