Şəkər tozu qiymətləri aşağı düşüb
"Bir neçə ay bundan öncə pərakəndə ticarət şəbəkələrində satılan şəkər tozunun 1 kiloqramının qiyməti 1,40 manat idisə, hazırda həmin ərzağın kiloqramı 0,95 manata satılır".
Bu barədə Samux Rayon Statistika İdarəsinin rəisi Gündüz Bayramov məlumat verib.
İdarədə hesab edirlər ki, Samux rayonunda becərilən şəkər çuğundurunun istehsalındakı artım ölkə üzrə mağazalarda satılan qənd və şəkər tozunun qiymətində ucuzlaşma yaradıb.
Gündüz Bayramov bildirib ki, ötən il Samux rayonundakı təsərrüfatlardan 53,4 min ton şəkər çuğunduru istehsal edilib və emal üçün İmişli şəkər zavoduna göndərilib.
Ötən il 1194 hektar ərazidən 43,1 min ton şəkər çuğundurunun toplandığını deyən G. Bayramov qeyd edib ki, bu, əvvəlki ilin məhsuldarlığı ilə müqayisədə 10,3 min ton çoxdur.
Qeyd edək ki, Azərbaycanda şəkər tozunun istehsalçısı "Azərsun Holdinq"dir. Ötən il holdinqə məxsus İmişli Şəkər Zavodunda istehsal kəskin aşağı düşümüş, şəkər tozu bazarının xeyli hissəsi idxalçı şirkətlərin nəzarətinə keçmişdir. İdxal şəkər tozu yerli şəkər tozu ilə təxminən eyni qiymətə satılırdı.
"Marja.az"ın müxbirinin verdiyi məlumata görə, bu səhər "Bazarstore"larda şəkər tozunun 1 kiloqramı 0,99 qəpiyə satılır. "Bazarstore" mağazalar şəbəkəsi şəkər tozu istehsalçısı olan "Azərsun Holdinq"ə məxsusdur.
5 kiloqramlıq qablaşdırmada satılan "Azərşəkər" markalı şəkər tozunun qiyməti isə 5.79 manatdan 5.24 manata düşüb.
Azərbaycanın iri qida məhsulları idxalçısı "Veysəloğlu Qrupu"na daxil olan "Araz" supermarketlərində isə şəkər tozunun kiloqramı 96 qəpikdən təklif olunur. "Araz" supermarketlərində satılan şəkər tozu idxal məhsulu olaraq bilinir. Beləliklə, şəkər tozu "Araz"larda "Bazarstore"lardan ucuz satılır.
Azərbaycana şəkər tozu daha çox Ukrayna və Rusiyadan idxal olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
24 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 26 d. əvvəl
-
-
32 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
37 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
5 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb





























