PAŞA Bankdan 61 milyon manata yaxın xalis mənfəət
PAŞA Bank 2016-cı ilin maliyyə nəticələrini açıqladı
Azərbaycanın ən iri korporativ bankı PAŞA Bank ASC 2016-cı ili 60 milyon 952 min manata yaxın xalis mənfəət ilə başa vurub.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2015-ci illə müqayisədə Bankın xalis mənfəəti 4,2 dəfə artıb. PAŞA Bank 2015-ci ildə 14 milyon 383 min manat xalis mənfəət əldə etmişdi.
Ötən il PAŞA Bankın cəmi gəlirləri 191 milyon 497 min manat təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 50 milyon 909 min manat və ya 36,2% çoxdur.
PAŞA Bank 2016-cı ildə 114 milyon 753 min manat faiz (2015-də 100 milyon 280 min manat), 76 milyon 744 min manat qeyri-faiz (2015-də 40 milyon 308 min manat) gəliri əldə etmişdir. Göründüyü kimi, 2016-da bir əvvəlki illə müqayisədə Bankın gəlirlərinin artmasının əsas səbəbi qeyri-faiz gəlirlərinin artmasıdır. Bankın xarici valyutadan xalis gəlirinin 56 milyon 353 min manata çıxması qeyri-faiz gəlirlərinin artmasını təmin edib. Qeyri-faiz gəlirlərinin 21 milyon 547 min manatı xalis haqq və komissiya gəlirlərindən ibarət olub.
PAŞA Bank ötən il 191 milyon 497 min manat cəmi gəliri əldə etmək üçün 114 milyon 35 min manat xərc çəkib. O cümlədən, bank faiz qazandıran aktivlər üzrə dəyərsizləşmə üçün ehtiyata 22 milyon 36 min manat ayırıb.
PAŞA Bank 77 milyon 463 min manat mənfəətindən 16 milyon 511 min manat mənfəət vergisi ödəyib və nəticədə bankın 60 milyon 952 min manat xalis mənfəəti qalmışdır.
AKTİVLƏRİ İLK DƏFƏ 3 MİLYARD MANATI AŞIB
Ötən il PAŞA Bankın aktivləri 846 min manatdan çox və ya 37% artaraq 31 Dekabr 2016-cı il tarixində 3 milyard 138 milyon 773 min manata çatıb. 31 dekabr 2015-ci ildə Bankın aktivlərinin ümumi həcmi 2 milyard 292 min 739 min manat idi. Aktivlərdə böyük paya kredit təşkilatlarından alınacaq məbləğlər (1 milyard 110 milyon 794 min manat) müştərilərə verilmiş kreditlər (870 milyon 171 min manat) və pul vəsaitləri (781 milyon 639 min manat) olub.
MÜŞTƏRİLƏRİ BANKA DAHA 1 MİLYARD MANAT YATIRIB
31 Dekabr 2016-cı il tarixinə Bankın öhdəlikləri 2 milyard 736 milyon 408 min manat, o cümlədən müştəriləri qarşısında öhdəlikləri 2 milyard 382 milyon 90 min manat təşkil edib. Bankın müştəriləri qarşısında öhdəlikləri 1 milyard 7 milyon 977 min manat və ya 73,3% artıb.
Ötən il PAŞA Bankın böyük məbləğdə xalis mənfəət əldə etməsinə bağlı olaraq cəmi kapitalı 400 milyon manatı aşaraq 402 milyon 364 min manata çatıb.
PAŞA Bankın Gürcüstan və Türkiyədə PASHA Bank Georgia və PASHA Yatırım Bankası A.Ş. tötəmə bankları fəaliyyət göstərir.
PAŞA BAnkın maliyyə hesabatları ilə daha ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 7 saat sonra
- 37 d. əvvəl
-
- 47 d. əvvəl
- 54 d. əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
11 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Ən çox oxunanlar
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vurub
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb















.jpg)



