Mərkəzi Bankın "Manat sakit üzür" açıqlamasına reaksiya
Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Aftandil Babayev üzən məzənnə rejiminə adaptasiyanın sakit getdiyini bildirib. Sədr müavini Azərbaycanı Rusiya və Qazaxıstanla müqayisə edərək manatın tam üzən məzənnəyə keçidi zamanı dəyişimin aşağı olduğunu qeyd edib. Onun sözlərinə görə, tam liberal məzənnə rejiminə keçən Rusiya və Qazaxıstanda dəyişim müvafiq olaraq 3% və 27%-dən yuxarı həddə olduğu halda bizdə keçid günü dəyişim 0,7% olub.
İqtisadçı Samir Əliyev bildirib ki, Manatın tam üzən məzənnəyə keçməsi və bu keçidin sakit baş verməsi müsbət haldır, əgər məzənnə doğrudan da tələb-təklif əsasında formalaşsaydı və təklif dövlətin valyuta ehtiyatları hesabına təmin edilməsəydi...
“Manatın tam üzən məzənnəyə keçidinə münasibətdə əvvəlki fikrimdə qalıram: Azərbaycanda manatın tam üzən məzənnəyə keçidi əvvəla, mümkün deyil. İkincisi, arzuolunan deyil, üçüncüsü, dayanıqlı deyil. Ona görə mümkün deyil ki, tam üzən məzənnəyə keçid manatın real bazar dəyəri alması deməkdir və bu, kəskin devalvasiya vasitəsilə mümkündür. Hökumət bu problemi Neft Fondundan Mərkəzi Banka ayırdığı 7,5 milyard manat hesabına həll etməyə çalışır. Neft kəskin ucuzlaşmasa, ölkədə iqtisadi-siyasi gərginlik olmasa, manat 2017-ci ili ciddi fəsadlar olmadan başa vura biləcək. Ona görə arzuolunan deyil ki, iqtisadiyyatımız diversifikasiya olunmayıb və ölkəyə valyuta demək olar bir kanalla daxil olur. Həmin kanalın dolları buraxılışı gücünə əsasən manatın məzənnəsi dəyişir. Bu isə məzənnədə kəskin rəqslərə səbəb ola bilər. Ona görə dayanıqlı deyil ki, Neft Fondunun vəsaiti bitəndən sonra manatı hansı vəsait hesabına saxlanılması sual olaraq qalır.
Manatın tam üzən məzənnəyə keçdiyini iddia və vacib hesab edənlərə sual vermək istəyirəm: 2018-ci ildə Neft Fondu Mərkəzi Banka makroiqtisadi sabitlik üçün pul ayırmasa nə baş verəcək? Bu gün tam üzdüyü iddia edilən manat gələn il sabit qala biləcəkmi? Və yaxud Neft Fondu daha neçə il öz aktivlərini makroiqtisadi sabitliyinə qurban verəcək? Yenə neftin bahalaşmasına ümid etməliyikmi? Möcüzə baş versə və neft bahalaşsa, bu halda manat üzəcəkmi? Suallar çoxdur, cavablar isə tam yoxdur.
Sədr müavini Rusiya və Qazaxıstanla müqayisə edərək manatın tam üzən məzənnəyə keçidin daha yumşaq olduğunu bildirib:
“Bu ölkələr müqayisə üçün uğurlu olsalar da müqayisə dövrü uğurlu deyil. Rusiya 2014-cü ilin noyabrında, Qazaxıstan 2015-ci ilin avqustunda üzən məzənnəyə keçib. Hər iki ölkədə keçid milli valyutanın kəskin ucuzlaşması ilə müşahidə edilib. Bu fikir doğrudur. Doğru olmayan zaman və mühitdir. Çünki Azərbaycan Rusiya və Qazaxıstan kimi 2014-2015-ci ildə tam üzən məzənnəyə keçsəydi bu halda ucuzlaşma Avtandil müəllimin dediyi kimi, bir gündə 0,7% yox, bundan bəlkə də 500 dəfə çox olardı. Unutmayaq ki, 2015-ci ildə manat dəyərini 2 dəfə, 2016-cı ildə isə 13-14% itirib. Rusiya üzən məzənnəyə keçdikdən sonra valyuta ehtiyatlarını rublu qorumaq üçün xərcləmir. Qazaxıstan isə əhəmiyyətli dərəcədə azaldıb. Azərbaycan isə 2 ildə Mərkəzi Bankın 11 milyard dolları xərclədikdən sonra Neft Fondunun vəsaitlərini işə salıb. Adı da olur ki, manatın məzənnəsini bazar tənzimləyir. Neft Fondunun vəsaitlərinə ümid olub marjanı ləğv etmək də səhv addımdır. Biz dövlət büdcəsini Neft Fondunun vəsaitlərindən xilas etmək istəyirdik, sonda ümumilikdə ölkəni bu vəsaitlərdən asılı vəziyyətə saldıq. Acı da olsa deməliyik ki, hökumət əksdollarlaşma prosesinə başlamasa manatı çətin günlər gözləyəcək".
Müştərilərin xəbərləri
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
42 d. əvvəl
Bu il Azərbaycana 1,8 milyard dollarlıq avtomobil idxal olunub
-
-
51 d. əvvəl
Azərbaycanın idxalı artıb, ixracı azalıb - SALDO 2,5 DƏFƏ KİÇİLİB
-
55 d. əvvəl
“PAŞA Bank” sahibkar dostunuzla birgə qazandıran yeni layihə təqdim edir
-
1 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Azərpoçt” “Silk Way West Airlines” əməkdaşlıq memorandumu imzalayıb
-
3 saat əvvəl
AZAL təyyarə salonunda smartfonların “powerbank” ilə doldurulmasını qadağan edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bu il Azərbaycana 1,8 milyard dollarlıq avtomobil idxal olunub
Azərbaycanın idxalı artıb, ixracı azalıb - SALDO 2,5 DƏFƏ KİÇİLİB
İlham Əliyev “SİMA” imzadan danışdı
Noyabrın 18-də gözlənilən hava şəraiti
Azərbaycanın kapital bazarlarında tarixi saziş
Ən çox oxunanlar
“Azərpoçt” “Silk Way West Airlines” əməkdaşlıq memorandumu imzalayıb
Göygöl Şərab Zavodu Çin Xalq Respublikasında 8-ci Beynəlxalq İdxal Sərgisində iştirak etdi
Bu peşə sahiblərinə KOMİSSİYASIZ KREDİT – XÜSUSİ TƏKLİF
Çin dövlətindən "boz bazar"a zərbə
Naxçıvanda 123 layihə üçün 12 milyon manat güzəştli kredit ayrılıb
Bitcoin-in qiyməti ötən ilin sonundakı səviyyəsindən də aşağı düşdü

















.jpg)


.jpg)



