"Bitcoin.com"un qurucularından biri bütün "bitcoin"lərini satıb
"Bitcoin.com" saytının yaradanlardan biri olan Emil Oldenburq bütün "bitcoin"lərini satıb. Bu barədə "Business Insider" xəbər saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Oldenburq "Bitcoin"lərini "Bitcoin Cash"lə əvəzləyib. Belə ki, investorun sözlərinə görə, "bitcoin"in ticarət valyutası kimi perspektivi yoxdur: "Bitcoin"ə yatırım etmək ekstremal hadisə kimi hesab oluna bilər".
"Bitcoin"in necə işlədiyini anladıqdan sonra insanlar ondan qaçmağa başlayacaqlar", - deyə E.Oldenburq əlavə edib.
Saytın qurucusu "bitcoin"in zəif tərəflərinin yüksək komissiya və köçürmələrdə aşağı sürət kimi amilləri qeyd edib. Həmçinin, bu valyutanın ötürücü şəbəkəsinin imkanları "blokun ölçüsü" ilə məhdudlaşdırılıb. Oldenburq qeyd edib ki, "bitcoin"də tranzaksiyalara görə komissiya haqları hər 3 ayda iki dəfə artırılır. Hər hansı əməliyyatın təsdiqi üçün isə ortalama 4,5 saat tələb olunur.
Qeyd edək ki, "Bitcoin.com" kriptovalyuta sektorunda ən iri saytlardan birini idarə edir və 500 minə yaxın cüzdana sahibdir.
© Report
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
6 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
7 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 8 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır






.jpg)




.jpg)



.jpg)







