"Norm", ustaların bilik və bacarıqlarını inkişaf etdirir
Norm Ustalar Klubu, Norm şirkətinin korporativ sosial məsuliyyət layihəsidir. Layihə cəmiyyətə uzunmüddətli faydalar vəd edir.
Norm Ustalar Klubunun təməli 11 dekabr 2016-cı il tarixində Norm Sementin inşaat sahəsində çalışan ustalar üçün Bakıda təşkil etdiyi görüşdə qoyulmuşdur. Klubun yaradılmasında məqsəd inşaat sahəsində çalışan ustaların bilik və bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.
Norm Ustalar Klubu ölkəmizin bütün bölgələrindən olan ustaları öz çətiri altında birləşdirməklə, onların öz aralarında ünsiyyət qurmalarına, peşələrilə bağlı olan mövzularda fikir mübadiləsi aparmalarına şərait yaradır. Ustaların peşə bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə Klub tərəfindən ildə 2 dəfə seminarlar təşkil olunur. Seminarlarda sement məhsulları və onların istifadə qaydaları ilə bağlı ətraflı məlumat verilir.
Norm Ustalar Klubu 6-19 oktyabr 2017-ci il tarixləri arasında növbəti silsilə görüşlərini təşkil edib. Görüşlər ardıcıllıqla Quba, Qəbələ, Gəncə, Mingəçevir, Kürdəmir, Masallı rayonlarında və Bakı şəhərində baş tutub. Tədbirlərdə 800 nəfərdən çox usta iştirak edib.
Təlim xarakteri daşıyan görüşlərdə iştirak edən Norm Ustalar Klubunun üzvü olan ustalara Norm Sementin peşəkar texniki dəstək heyəti tərəfdən zavoddakı istehsal texnologiyası və avadanlıqlar, həmçinin Norm məhsulları barədə ətraflı məlumat verilib. Daha sonra Norm sementlərindən səmərəli istifadə qaydalarından danışılıb, sement məhlullarının tərkibinin optimal nisbətdə seçilməsinə dair faydalı məlumatlar təlim iştirakçılarının nəzərinə çatdırılıb.
Təlimlərdə aktual mövzu kimi, qış aylarında tikinti işləri zamanı nəzərə alınması vacib olan faktorların geniş müzakirəsinə xüsusi yer verilib. Təlimdə həmçinin, Avropada istehsal olunan sement növləri və beton doldurucuları haqda məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Təlimin gedişatında sərbəst müzakirələrə də yer ayrılıb. Norm Sementin texniki dəstək heyəti tərəfindən ustaların sement məhsullarından istifadə edərkən ən çox qarşılaşdığı problemlərə dair sualları cavablandırılıb. Tədbirin sonunda 2017-ci il ərzində Norm sementlərindən ən çox istifadə edən ustalar seçilib və xüsusi hədiyyələrlə mükafatlandırılıb.
Norm Sement inşaat sahəsində çalışan ustaların fəaliyyətinə böyük diqqət nümayiş etdirir və Norm məhsullarının son istehlakçılar tərəfindən səmərəli istifadəsini təmin etmək məqsədilə ustaların peşə biliyi və bacarıqlarının daim təkmilləşdirilməsinə dəstək verir. Şirkət müştərilərinə yalnız müasir texnologiyanın tələblərinə və yüksək keyfiyyət standartlarına cavab verən məhsullar təklif edir. Məhsulların üzərində Avropanın ən nüfuzlu şirkətlərinin istehsalı olan avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda mütəmadi olaraq keyfiyyət sınaqları aparılır. Məhsullara Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutu tərəfindən DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunub.
İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur. Zavodda hazırda dörd çeşiddə – CEM II/A-P 32,5R, CEM II/B-L 32.5R və CEM II/A-P 42,5 R, CEM II/A-P 42,5 N (SDPS 500 Ə-20) – sement istehsal olunur. Bu sement növləri müvafiq olaraq KLASS A, KLASS B, KLASS C500 və KLASS S adı ilə satışa çıxarılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
9 d. əvvəl
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
-
- 41 d. əvvəl
-
1 saat əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
2 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
3 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
4 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Fevralın 24-də gözlənilən hava şəraiti
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb





















