İlin son iclasında "sürpriz" gözlənilmir
Avropa Mərkəzi Bankının (AMB) sabah keçirəcəyi ilin son toplantısında "sürpriz" bir qərara imza atacağı gözlənilmir.
"Marja" xəbər verir ki, AMB-nin İdarə Heyəti sabah Frankfurtda toplanacaq. Toplantının ardından bankının faiz qərarları açıqlanacaq. AMB Sədri Mario Draghi də verilən qərarlara dair mətbuat konfransı keçirəcəkdir.
İclasda AMB-nin yeni bir tədbirlər planı açıqlayacağı gözlənmir.
Avro Zonasında iqtisadi etibar yüksələrkən, işsizlik də yavaş-yavaş aşağı düşür. İqtisadiyyatın sürətlə artmağa başladığı bölgədə, inflyasiyada davamlı artım olmaması isə narahatlıq mənbəyi olmaqda davam edir.
Avropa Statistika Ofisinin (Eurostat) ilkin məlumatlarına görə, Avro Bölgəsində oktyabrda 1,4 faiz olan illik inflyasiya, ötən ay 1,5 faiz olaraq ölçülüb. İllik inflyasiya göstəricisi 1,6%-lik bazar proqnozundan aşğağı olub.
Dekabr iclası, bazarlarda "az əhəmiyyətli" hesab edilir.
Avro Zonasında pul siyasətini aparan AMB, regionda qiymət sabitliyini təmin etmək üçün 2%-ə yaxıb səviyyədə inflyasiya hədəfləyir. AMB, bu istiqamətdə qiymətli kağız alşı proqramı və aşağı faiz siyasətini da əhatə edən bir sıra tədbirlər həyata keçirir.
AMB, oktyabr toplantısında faizləri dəyişdirməmiş, 2017-ci ilin Dekabr ayına qədər aylıq 60 milyard avro olan qiymətli kağız alışı miqdarını 2018-ci ilin Yanvar ayından etibarən aylıq 30 milyard avro səviyyəsində 2018-ci ilin Sentyabr ayına qədər davam etdirəcəyini açıqlamışdı.
Əvvəlki iclasda yeni qərar açıqlayan AMB-dən, ilin son toplantısında yeni bir tədbirlər planı gözlənilmir. Dekabr iclası, bazarlarda "az əhəmiyyətli" hesab edilir.
İqtisadi artım və inflyasiya proqnozlarının dəyişdiriləcəyi gözlənilir
AMB komandasının yeni makroiqtisadi proqnozlarını müzakirə edəcəyi iclasda, 2017, 2018 və 2019 üçün inkişaf proqnozları ilə yanaşı, gələn ilə dair inflyasiya proqnozunun da qaldırılacağı gözlənilir.
AMB, 2020 proqnozlarını daə ilk dəfə bu iclasdan sonra açıqlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























