Azərbaycanda ləğv edilmiş şirkətlərin sayı 50%-ə yaxın azalıb
Cari ilin yanvar-oktyabr aylarında ölkə üzrə cəmi 134566 vergi ödəyicisi qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28961 vergi ödəyicisi və ya 27,4% çoxdur. Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən “Marja”ya bildirilib ki, qeydiyyata alınanlardan 9864-ü hüquqi, 124 702-i fiziki şəxslərdir. Hüquqi şəxslərin qeydiyyatında artım 48,0% təşkil edir.
2017-ci ilin 10 ayı ərzində yeni qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin sayının cəmi fəaliyyətini dayandırmış və ləğv edilmiş vergi ödəyicilərinin sayının cəmindən 18028 ədəd çoxdur, yəni biznes fəaliyyəti ilə məşğul olanların sayında əhəmiyyətli artım vardır.
Cari ilin ötən 10 ayı ərzində 9864 hüquqi şəxs qeydiyyata alınmış, 6499 hüquqi şəxs isə fəaliyyətini bərpa etmişdir ki, bu da 2016-cı ilin müvafiq göstəricilərindən xeyli çoxdur.
2017-ci ilin yanvar-oktyabr ayları ərzində yeni qeydiyyata alınmış və fəaliyyətin bərpa etmiş hüquqi şəxslərin ümumi sayı ləğv edilmiş və fəaliyyətini dayandırmış hüquqi şəxslərin ümumi sayından 5429 say çoxdur. Fiziki şəxslərə münasibətdə də eyni müsbət dinamika müşahidə olunur. Diqqətəlayiq haldır ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ötən 10 ayı ərzində ləğv edilmiş hüquqi şəxslərin sayı 47,2% azalmışdır.
Eyni dövr ərzində, hüquqi və fiziki şəxslərə məxsus olan, yeni qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş obyektlərin ümumi sayı fəaliyyətini dayandırmış və ya ləğv edilmiş obyektlərin ümumi sayına nisbətən 17291 say çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə obyektlərin ümumi sayı 14864 say, yaxud 7.1 dəfə, o cümlədən hüquqi şəxslərə məxsus obyektlərin sayı 3266 say və ya 3.6 dəfə, fiziki şəxslərə məxsus obyektlərin sayı isə 11598 say və ya 11 dəfə artmışdır.
Cari ilin əvvəlindən etibarən Azərbaycanda qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin 759-u xarici investisiyalı şirkətlərdir. Cari ildə qeydiyyata alınmış vergi ödəyiciləri arasında Türkiyə, İran İslam Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası və s. ölkələrin şirkətləri üstünlük təşkil edir.
“Bazar iqtisadiyyatında müəssisələrin bağlanması və yenilərinin açılması, vergi ödəyiciərinin fəaliyyətini dayandırması və ya ləğv olunması ilə yanaşı yeni vergi ödəyicilərinin qeydiyyata alınması və fəaliyyətini müvəqqəti olaraq dayandırmış vergi ödəyicilərinin fəaliyyətini bərpa etməsi adi, normal və hər gün baş verən daimi bir prosesdir. Bu prosesin bir tərəfini qabardıb, digər tərəfini göstərməmək ya qərəzli münasibətin, ya da qeyri-peşəkarlığın göstəricisidir.
Onu da xatırladırıq ki, əmək haqlarının, pensiyaların, eləcə də dövlət büdcəsində nəzərdə tutulan digər xərclərin artması büdcənin gəlirlərinin artırılmasını tələb edir ki, bu da əsasən vergilərdən asılıdır.
Azərbaycan Respublikası Konsititusiyasının 73-cü maddəsində göstərildiyi kimi, hər kəs dövlət tərəfindən müəyyən olunmuş vergiləri vaxtında və tam həcmdə dövlət büdcəsinə ödəməlidir. Müasir dövrümüzdə vergilər yığılmır, vergi ödəyiciləri tərəfindən hesablanıb dövlətin büdcəsinə ödənilir. Vergi qanunvericiliyinin icrasına nəzarət isə dövlət vergi orqanlarına həvalə edilmişdir.
Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün böyük vergi güzəştləri və azadolmalar sistemi mövcuddur”,- Vergilər Nazirliyinin məlumatında deyilir.
Müştərilərin xəbərləri
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 gün sonra
- 24 d. əvvəl
-
- 27 d. əvvəl
- 36 d. əvvəl
-
42 d. əvvəl
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq - MƏBLƏĞLƏR
-
48 d. əvvəl
Kredit üçün “Sizin Lombard”da onlayn müraciət edə bilərsiniz
- 49 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb
- 1 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq - MƏBLƏĞLƏR
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Bankların kredit portfelinin artım sürəti yavaşlayıb
Ən çox oxunanlar
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb
Banklar 5 ayda 557 milyon manat xalis mənfəət əldə ediblər
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Gümüşün qiyməti 10%-dən çox ucuzlaşıb
Rəsmi məzənnələ açqlandı
Qızıl yanvarda qeydə alınmış rekord səviyyədən 30% ucuzlaşdı - Qızılın qiyməti 7 ayın ən aşağı səviyyəsində
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir






















