"Azərbaycanda bank çoxdur"
"Ən ciddi problemimiz maliyyə-bank sistemində olan problemdir. Bankarın vətəndaşlara verdiyi kreditlərin faizləri yüksəkdir, burada Mərkəzi Bankın da günahı var, çünki uçot dərəcəsini 15 faizdə saxlayır. Banklar 15 faizlə kredit götürürsə, 28-30 faizlə vətəndaşa verir. Ona görə də vaxtı keçmiş krditlərin miqdarı artır. Ötən il problemli kreditlərin miqdarı 1,6 milyard manat idisə, bu il 1,8 milyar manat olub".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib.
1,8 milyard manatlıq problemli kreditin Azərbaycanın maliyyə bazarı üçün böyük məbləğ olduğunu deyən Vahid Əhmədov sözlərinə belə davam edib:
"Bunu həll etmək lazımdır. Mən və həmkarım Əli Məsimli təkliflərimizi hökumətə təqdim etmişik. Bank sisteminin sağlamlaşdırılması 2018-ci ilin əsas prioritetlərindən biri olmalıdır. Prezident bu ilin əvvəllində hökumət iclasında dedi ki, Azərbaycan dövlətinə ən çox ziyan vuran bank sistemi olub. Biz bank sistemini günahlandırırıq, amma onların özlərinin də problemləri var. Devalvasiya banklarda çox ciddi problemlər yaratdı. Onlar çox ciddi problemlərlə - kapitallaşma, likvidlik, kredit portfeli və s. məsələlərlə üz-üzə qaldılar. Bu səbəbdən də onlara müəyyən qədər köməklik etmək lazımdır. Köməklik belə olmalıdır ki, banklara vəsait verilməlidir və deyilməlidir ki, bu pulu qeyri-neft sektorunun inkişafına yönəlt. Daha istehlak kreditlərinin paylanılmasına imkan verilməməlidir. Bank rəhbərləri ilə bu məsələlər müzakirə olunmalıdır. Banklar birləşdirilməlidir, kapitallaşma həll edilməlidir. Bankın kapitalı olmalıdır. Kapitalsız bank heç kəsə lazım deyil. Azərbaycanda son 15 ildə infrastruktur layihələrinə yüz milyarddan çox maliyyə sərf edilib. Regionlarda yol, su, qaz, işıq məsələsində elə də ciddi problem yoxdur. İndi dövlət kənarda dayanmalıdır, bank, əhali və biznes işləməlidir. Bank işləməyəndən sonra əhali necə işləsin?! Sistem əhəmiyyətli banklar var. “Paşa Bank”, “Kapital Bank” fəaliyyət göstərir, çünki kapitalları var. Amma o biri banklar işləmir... Onlara ya müəyyən qədər kömək olunmalıdır, ya da birləşdirilməlidir. Azərbaycanda 31 bank var, çoxdur, 15-16 bank kifayət edir. Azərbaycanın 10 milyon əhalisi var. Aldığım məlumata görə, bu istiqamətdə işlər görülür. Amma vaxtımız azdır, vaxtı itirmişik, bank sistemi ilə bağlı çox uduzmuşuq".
© Report
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
10 d. əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
-
- 11 d. əvvəl
- 20 d. əvvəl
-
43 d. əvvəl
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elçin Yusubov: Xankəndinin yeni Baş Planına görə, şəhər 80 min nəfərlik olacaq
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Azərbaycan neftinin son qiyməti
"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
Ən çox oxunanlar
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
Xırdalanda 2-ci KFC açılacaq
Azərbaycan və Gürcüstan 26 maydan Bakı-Tbilisi-Bakı üzrə sərnişin qatarlarının bərpası barədə razılığa gəliblər
Azərbaycan futboluna böyük investisiya — “Sea Breeze Arena” layihəsinin əsası qoyulur
Azərbaycana geyim əşyalarının idxalı azalıb
"Gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik"
Dövlət KSM-i: strateji funksiyadan ictimai etimada qədər














.jpg)



