AYİB Azərbaycanla "banklara maliyyənin ayrılması" üzrə əməkdaşlıq edə bilər
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) baş ofisində Azərbaycanın iqtisadi perspektivlərinə dair təqdimat keçiriləcək.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan AYİB-in Bankçılıq üzrə vitse-prezidenti Alan Pilo ilə görüşdə deyib. Görüşdə Azərbaycan və AYİB arasında mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib, ölkəmizdə aparılan iqtisadi islahatlar və onların uğurlu nəticələri bank rəsmisinin diqqətinə çatdırılıb.
Nazir Şahin Mustafayev Azərbaycan və AYİB arasındakı səmərəli və uzunmüddətli əməkdaşlığın olduğunu, bankın ölkəmizdə özəl sektorun maliyyələşdirilməsi, enerji, infrastruktur və digər sahələrə dəstək göstərdiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və AYİB arasında mühüm layihələrdən olan “Cənub Qaz Dəhlizi” layihəsi həm Azərbaycan, həm də Avropa üçün önəmlidir. Bu baxımdan AYİB-in Direktorlar Şurasının “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsi olan TANAP layihəsinin maliyyələşdirilməsinə vəsait ayırmasını təsdiq etməsi əhəmiyyətlidir.
AYİB-lə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikirlərini bölüşən nazir Şahin Mustafayev bankın infrastruktur layihələrinin reallaşdırılmasına və biznesin inkişafına dəstək göstərməsinin önəmini diqqətə çatdırıb. Bildirilib ki, AYİB-in maliyyə dəstəyi ilə Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun, Bəhramtəpə-Biləsuvar və digər avtomobil yollarının tikintisi nəzərdə tutulur. Azərbaycan tullantıların idarə olunması, ekoloji və kiçik və orta sahibkarlıq (KOS) subyektlərinə dəstək sahələrində də AYİB-lə əməkdaşlıq edir. Bankın baş ofisində Azərbaycanın iqtisadi perspektivlərinə dair təqdimat keçiriləcək.
AYİB-in Bankçılıq üzrə vitse-prezidenti Alan Pilo Azərbaycanda iqtisadi sahədə, o cümlədən sahibkarlığın inkişafı, gömrük, lisenziyalaşdırma və digər sahələrdə aparılan islahatları vurğulayaraq, bankın bu addımları dəstəklədiyini diqqətə çatdırıb. AYİB Direktorlar Şurasının “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsinə dair sənədi təsdiq etməsini qeyd edən Alan Pilo layihə çərçivəsində bankla Azərbaycan arasında sıx əməkdaşlığın həyata keçirildiyini və layihənin önəmli olduğunu vurğulayıb. Bildirilib ki, AYİB Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılmasına hər zaman dəstək göstərməyə hazırdır. Bundan başqa, KOS-lara maliyyə dəstəyinin göstərilməsi, banklara maliyyənin ayrılması və bərpa olunan enerji sahələrində də əməkdaşlıq imkanları genişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
4 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 8 d. əvvəl
-
9 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
37 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Mayda bank sektorunda çalışanların sayı azalıb
Ən çox oxunanlar
İyunun 26-da gözlənilən hava şəraiti
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon





























