Azərbaycan Dünya Bankı ilə müqavilə imzaladı
Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üzrə ayrılan kreditlə bağlı Azərbaycan hökuməti ilə Dünya Bankı arasında saziş imzalanıb.
İmzalanma mərasimi Azərbaycan Maliyyə Nazirliyində baş tutub.
Sənədi Dünya Bankı tərəfindən Cənubi Qafqaz regionu üzrə direktoru Mersi Tembonun (Mercy Tembon), Azərbaycan tərəfindən "Cənub Qaz Dəhlizi” (SGC) QSC-nin baş direktoru Əfqan İsayev (benefisiar) və maliyyə naziri Samir Şərifov (zəmanətçi) imzalayıblar.
Qeyd edək ki, Dünya Bankının Direktorlar Şurasının dekabrın 20-də elan etdiyi qərarı ilə Bank TANAP-a ümumilikdə 800 mln. dollar kredit ayırıb. Kreditin 400 mln. dollarını Azərbaycan dövlətinin zəmanəti ilə "SGC" QSC, digər 400 mln. dolları isə Türkiyə dövlətinin zəmanəti ilə BOTAŞ alıb.
Kredit “Cənub Qaz Dəhlizi” (SGC) QSC-yə 30 il müddətinə, Türkiyənin BOTAŞ şirkətinə isə 29 il müddətinə verilib.
Şərtlərə görə, SGC və BOTAŞ-ın hər birinin əldə etdiyi 400 mln. dollarlıq kreditə görə ilk 5 il üçün güzəşt müddəti təqdim olunub.
Qeyd edək ki, Dünya Bankı borcu LİBOR+1% dərəcəsi ilə ayırıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 4 d. əvvəl
- 42 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























