"Pulların nə vaxt qaytarılacağı məlum deyil"
Bu gün ləğv prosesində olan “Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası keçirilib.
İclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanındakı ofisində təşkil olunub.
İclasda ilk dəfə ADIF-in icraçı direktorunun müavini Vüqar Abdullayev, eləcə də Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov, “Bank Standard”ın təxminən 50 kreditoru, Fondun digər əməkdaşları iştirak edib.
Ə.Həsənov bildirib ki, Bankın 743 milyon manatlıq kredit portfelini formalaşdıran müştərilərin siyahısını Bakı Apellyasiya Məhkəməsindən götürüb. Məlum olub ki, bu kreditlərin 304 milyon manatı (41%-i) 0%-lə verilib: “Sanki islam bankçılığıdır. Halbuki, 0%-lə kredit vermək ölkənin bank qanunvericiliyinə ziddir. Hesab edirəm ki, ADIF bununla bağlı araşdırma aparmalıdır. Faizsiz kreditlər verilmiş şəxslərlə bağlı Baş Prokurorluğa, hətta Dövlət Təhlükəsizlik Xidmətinə müraciət olunmalıdır. Hələ ki, mən həmin şəxslərin adlarını çəkə bilmirəm, çünki siyahını ad açıqlamamaq şərti ilə məhkəmədən almışam. Yalnız onu deyə bilərəm ki, siyahıda məşhur adamlar yoxdur. Maraqlıdır ki, indiyə qədər 0%-lə kredit götürmüş adamlarla bağlı heç bir tədbir görülməyib. Məsələn, “Çudo Peçka”nın sahibi ilə bağlı müəyyən addımlar atılıb, halbuki, o adam krediti 0%-lə götürməyib”.
V.Abdullayev isə bildirib ki, kreditorları maraqlandılan bütün suallara cavab vermək üçün iclasa hazırlıqlı gəlib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun bütün fəaliyyət dövrü nəzərdən keçirilir: “Hüquq-mühafizə orqanlarına bağlanmış banklarla bağlı hüquq-mühafizə orqanlarına 500-dən çox sənəd təqdim olunub və bu işlər 600 milyon manatdan artıq vəsaiti əhatə edir”.
ADIF rəsmisi “Bank Standard”dan vaxtilə 0%-lə kredit verilməsi məsələsinə də münasibət bildirib: “Hesab edirəm ki, kreditlərin nəinki 0%-lə, hətta yüksək faizlə verilməsi də düzgün deyil. Şişirdilmiş gəlirlərə ehtiyac yox idi”.
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) Bankdakı pulunun növbədənkənar verilməsi məsələsinə gəlincə isə icraçı direktorun müavini deyib ki, SKMF-in vəsaiti dövlətə məxsusdur və bu baxımdan qeyd olunan qurumun “Bank Standard”dakı pulunu Fonddan əvvəl götürməsində qeyri-adi heç nə yoxdur.
Bununla yanaşı, V.Abdullayev əlavə edib ki, hələ ki, SKMF-yə ödəniş edilməyib: “Səslənən fikir sadəcə proznoz göstəricisidir, fakt deyil”.
ADIF rəsmisi “Bank Standard”ın müflis olmasında iştirak etmiş Bankın İdarə Heyətinin sabiq sədr müavini Orxan Xubanovu özünə müşavir təyin etməsi ilə bağlı səslənən ittihamlara münasibət bildirib. O, deyib ki, əgər adı çəkilən şəxsin qanunsuz addımları olsaydı məsuliyyətə cəlb edilərdi.
Bundan başqa, icraçı direktorunun müavini bildirib ki, “Bank Standard”ın kreditorlarının pulunun nə vaxt qaytarılacağı ilə bağlı proqnoz vermək mümkün deyil: “Bu məsələ Bankdan götürülmüş kreditlərin geri ödənilməsindən asılıdır. Bu gün pul gəlsə, sabah kreditorların pulu verilə bilər. Bunun tarixi ilə bağlı proqnoz verə bilmərəm”.
Bundan başqa, V.Abdullayev qeyd edib ki, hazırda əmlak bazarında durğunluq yaranıb və bu məsələ, “Bank Standard”ın balansında olan girov əmlakların satışını müəyyən qədər ləngidə bilər.
© “Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
9 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)










.jpg)





